Nida Xəbər
“Xalqımız bu seçki ilə tarix yazacaq” - Cavad xanın nəslinin nümayəndəsi
“Fevralın 7-nə təyin edilmiş prezident seçkilərinin nəticəsinin xalqın iradəsini əks etdirəcəyinə əminəm”.
Publika.az xəbər verir ki, bu fikri secki-2024.az saytına İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının rəhbəri, Cavad xanın nəslinin nümayəndəsi Əkbər Gəncə deyib. “Seçkilər və digər siyasi proseslər ölkənin idarə olunmasının keyfiyyəti üçün əsas meyardır. Seçkilərin nəticəsi ölkənin uzunmüddətli demokratik inkişafını, eləcə də xarici siyasət prioritetlərini böyük dərəcədə irəliləyə apara bilir. Etibarlı seçkiləri müəyyən edən ən fundamental prinsip ondan ibarətdir ki, onlar xalqın iradəsini azad ifadə etməlidir. Buna nail olmaq üçün ölkəmizdə təşkil edilən seçkilər şəffaf, əhatəli, seçicilərin və seçilmişlərin etimadına malik olub. Azərbaycanda bu prinsiplər daim əldə rəhbər tutulur. Seçkilərdə rəqabət aparmaq üçün bərabər imkanlar və həqiqi siyasi rəqabət yaradılır”, - deyə Cavad xanın nəslinin nümayəndəsi diqqətə çatdırıb.
Həmyerlimiz xalqımızın şanlı qələbəsi sayəsində torpaqlarını azad etməsi faktına da toxunub. O vurğulayıb ki, suverenliyini tam təmin etməsi Azərbaycanın uğurlu daxili və xarici siyasətinin, iradəsinin nəticəsidir.
“Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq ölkənin bütün ərazisində seçkilər keçiriləcək və şübhəsiz ki, bu, çox sevindirici haldır. Hər bir Azərbaycan vətəndaşı seçkidə iştirak etməlidir, çünki xalqımız bu seçki ilə tarix yazacaq. Mən də öz növbəmdə bütün Azərbaycan xalqını seçkiyə getməyə səsləyirəm, çünki bu seçkilərdə növbəti dövr üçün dövlətimizin rəhbərini seçəcək”, - deyə o fikrini tamamlayıb.
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi



































