Nida Xəbər
Azərbaycandakı seçkilər başqa ölkələr üçün nümunədir - İtaliyalı deputat
Prezident seçkilərini izləyən İtaliya Respublikası Parlamentinin Deputatlar Palatasının üzvləri müşahidələrinin nəticələrini açıqlayıb.
Publika.az xəbər verir ki,, nümayəndə heyətinin rəhbəri, Deputatlar Palatasının Xarici əlaqələr və beynəlxalq əməkdaşlıq komitəsinin üzvü Andrea Di Cüzeppe seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini bildirib:
"15 seçki məntəqəsində müşahidə apardıq və seçki prosesinin beynəlxalq standartlara uyğun keçirildiyinin şahidi olduq. Əsas məqamlardan biri gənclərin seçkidə aktiv iştirakı idi".
Nümayəndə heyətində təmsil olunan beynəlxalq ticarət üzrə daimi komitənin sədr müavini, İtaliya-Azərbaycan dostluq qrupunun üzvü Naike Qruppioni də seçkilərin yüksək səviyyədə keçirildiyini qeyd edib:
"İnsanların seçkiyə böyük marağının olduğunu gördük. Günün birinci yarısından etibarən yüksək seçici fəallığı vardı. Hesab edirəm ki, bu insanların ölkənin idarəetməsində, gələcəyinin müəyən edilməsində mühüm rol oynamasindan irəli gəlir. Bu həm də hökumətlə seçicilər arasında etimad mühitinin olmasından xəbər verir. Müşahidə etdiyim seçki prosesini bir çox ölkələrə nümunə olaraq göstərə bilərəm, misal üçün öz ölkəm olan İtaliyaya".
Xarici əlaqələr və beynəlxalq əməkdaşlıq komitəsinin və beynəlxalq ticarət üzrə daimi komitənin üzvü, İtaliya-Azərbaycan dostluq qrupunun üzvü Salvatore Kaiyata da seçkinin beynəlxalq standartlara uyğun keçirildiyini vurğulayıb.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı