Nida Xəbər
SON DƏQİQƏ: Ukrayna bu şəhəri ruslara təslim etdi
Ukrayna Silahlı Qüvvələrinin (AFU) Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna qoşunlarının Avdiyevkadan çıxdığını elan edib.
Publika.az xəbər verir ki, o, qərarını “şəhər ətrafında yaranmış əməliyyat vəziyyətinə əsaslanaraq” bölmələri müdafiəyə ötürmək planı ilə izah edib.
Hərbi komandir əlavə edib ki, bölmələr mühasirəyə düşməmək, döyüşçülərin həyat və sağlamlığını qorumaq üçün Avdiyevkanı tərk ediblər. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri daha əlverişli mövqelərdə möhkəmlənib.
“Biz vəziyyəti sabitləşdirmək, mövqelərimizi qorumaq üçün tədbirlər görürük. Onsuz da Avdiyevkanı qaytaracağıq”, - Sırski deyib.
Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” əməliyyat-strateji qoşun qruplaşmasının komandiri Aleksandr Tarnavski Avdeyevkanın təslim edilməsi barədə qərarın qəbul edilməsinin səbəblərinə aydınlıq gətirib . General Ukrayna Silahlı Qüvvələrinin mövqelərinin davamlı olaraq bombalanmasını nəzərə alaraq geri çəkilməyi yeganə düzgün qərar adlandırıb.
“Göstərilən digər səbəb mərmilərin olmaması idi, hər bir Ukrayna mərmisinə on rus mərmi düşür. Mühasirəyə imkan verilmədi, şəxsi heyət çıxarıldı, əsgərlərimiz müəyyən xətlərdə müdafiə mövqelərini tutdular”, - deyə o, yekunlaşdırıb.
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO