Nida Xəbər
"Qırmızı Ürəklər" Fondunun əməkdaşları Türkiyədə işgüzar səfərdə olublar
"Qırmızı Ürəklər" Fondunun əməkdaşları Türkiyədə işgüzar səfər çərçivəsində vətəndaş cəmiyyəti institutları ilə əlaqələrini gücləndirmək məqsədilə görüşlər keçirib.
Səfər çərçivəsində Fondun prezidenti Sevda Haqverdiyeva və vitse-prezidenti Nihad Salmanlı “Türk Eğitim Vakfı”nın sədri Banu Taşkın, “Ahbap Derneği”nin koordinatoru Gonca Akpınar, “Nef Vakfı”nın sosial xidmətlər üzrə koordinatoru Ercument Arabacı, “Sabancı Vakfı”nın sədri Nevgül Bilsel, “Vehbi Koç Vakfı”nın xüsusi layihələr üzrə meneceri Seçil Kınay, kommunikasiyalar üzrə menecer Çiğdem Toparlak ilə görüşüb.
Görüşdə qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb. "Qırmızı Ürəklər" Fondunun əməkdaşları, vətəndaş cəmiyyəti institutlarının nəzəri və praktiki bilikləri ilə tanış olublar. Fond nümayəndələrinə Türkiyə daxilində QHT-lərlə işin təşkili, QHT-lərin aid olduqları şirkətlərin göstərdiyi dəstək, ianələrin cəlb edilmə mexanizmi və müstəqil maddi resursların yaradılması haqqında ətraflı məlumat verilib.
“Red Hearts” - Qırmızı Ürəklər" Fondu 2019-cu ildə "Kapital Bank" ASC-nin könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək
-
İdman12 Noyabr 22:30Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"


























.jpg)








