Nida Xəbər
AZAL-dan Türkiyənin bir sıra istiqamətləri üzrə - Yeni aksiya
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir.
Publika.az xəbər verir ki, təklif çərçivəsində Türkiyənin aşağıdakı şəhərlərinə endirimli qiymətlərlə aviabilet əldə etmək mümkündür: İstanbul (İstanbul və “Sabiha Gökçen” hava limanları), Antalya, Ankara, İzmir və Trabzon.
Aksiya Novruz çərşənbələrindən biri olan Su çərşənbəsinə həsr olunub. Belə ki, fevralın 27-də əldə edilən aviabiletlərə xüsusi qiymətlər tətbiq edilir. Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 1 aprel-31 may 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamildir.
İstanbul şəhərinə yeni hava limanı vasitəsilə səyahət edərkən aviabiletləri bir tərəfə 219 manata, hər iki istiqamətdə 309 manata, “Sabiha Gökçen” hava limanı vasitəsilə səyahət edərkən bir tərəfə 129 manata, gediş-dönüş aviabiletlərini 258 manata əldə etmək mümkündür. Antalya şəhərinə aviabiletlərin qiyməti bir tərəfə 219 manat, hər iki istiqamətdə 309 manat təşkil edir. Ankara, İzmir və Trabzon şəhərlərinə bir tərəfə 129 manata, gediş-dönüş aviabiletlərini isə 258 manata əldə etmək olar.
Aksiya çərçivəsində aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir. Endirimli aviabiletlərin sayı məhduddur.
Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Endirimli qiymətlərdən yararlanaraq yaz aylarında qardaş ölkəyə səyahət etmək fürsətini qaçırmayın
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi



































