Nida Xəbər
Çingiz Abdullayevi onlar zəhərləyib - Mir Şahin
Real TV -nin rəhbəri, əməkdar jurnalist Mir Şahin xalq yazıçısının zəhərlənməsi olayına özünəməxsus reaksiya verib.
Publika.az xəbər verir ki, tanınmış televiziya jurnalisti sosial mediadakı səhifəsində bu barədə belə yazıb:
-“Çingiz Abdullayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib”.
Hələ ki bu qədər bilirik. Adının əvvəlinə heç bir təyin yazmıram. Sadəcə Çingiz Abdullayev. O zəhərlənib.
Və əslində bu xəbər təzə deyil. Neçə müddətdir ki, Çingiz Abdullayev zəhərlənirdi, onu zəhərləyirdilər.
Cahillər zəhərləyirdi.
Avamlar zəhərləyirdi.
Amma diaqnoz bu günlərdə təsdiqləndi. Ç. Abdullayevi Ədəbiyyatı yox, “gədəbiyyatı” seçənlər zəhərləyirdilər. Yenə də sakitləşmirlər. Yazıçının vəziyyəti ağırdır, amma mənəvi vəziyyəti daha ağır olan “xəstələr” var ki, ondan əl çəkmirlər.
Cızmaqaragüruhçular yenidən sosial şəbəkələri öz nəfəsləri ilə zəhərləyirlər. Hətta Yazıçımıza ölüm arzulayanlar var. Bu bədbəxtlər anlamırlar ki, Çingiz Abdullayevə bu saat şəfa arzulamaq, dua etmək sadəcə vicdanlı olmaqdır.
Şərəfli olmaqdır.
İnsan olmaqdır.
Azərbaycanlı olmaqdır. Özümüzü Şərəfli- Vicdanlı- İnsan- Azərbaycanlı- olmaqdan məhrum etməyək.
İyrənc olmayaq!
-
İdman03:18Messi karyerasını bitirdikdən sonra burada yaşayacaq: Bekhem sirri açdı
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Magazin27 Dekabr 19:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya7 Dekabr 17:40Meteohəssas insanların nəzərinə!

































.jpg)




