Nida Xəbər
Ceyhun Bayramov Xalid El-Enanini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı (YUNESKO) baş direktoru vəzifəsinə Misirin namizədi Xalid El-Enanini qəbul edib.
XİN-dən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və YUNESKO arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər və ölkəmizin mövqeyi, Azərbaycanın irəli sürdüyü təşəbbüslər, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
C.Bayramov Azərbaycanın YUNESKO-ya üzv olduğu tarixdən etibarən təşkilatın fəaliyyətinə, o cümlədən mədəniyyətlərarası dialoqun inkişafına və təşviqinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb, “Bakı Prosesi”, təhsil və humanitar sahələrdə irəli sürülmüş təşəbbüslərin əhəmiyyəti vurğulanıb. Misirin namizədinin seçki proqramında nəzərə alması məqsədəuyğun hesab edilən məsələlər barədə tövsiyələrimiz təqdim edilib.
Nazir həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Azərbaycan ərazilərinin işğalı faktı, post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən ölkəmizin mədəni irsinin məhv edilməsindən bəhs edib. Ermənistanın törətdiyi dağıntıların YUNESKO missiyası tərəfindən qeydə alınması və ərazilərimizə səfərin təşkil edilməsi məqsədilə 20 ildən artıq bir müddət ərzində tərəfimizdən YUNESKO-ya çağırışlar edilməsinə baxmayaraq, Ermənistanın missiyaya mane olduğu, bu faktın YUNESKO-nun 2005-ci il tarixli hesabatında qeyd alındığı bildirilib.

-
Hadisə00:45
Azərbaycanda istirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Uçmağa icazən var
-
İdman19 İyul 23:12
Neymar 1,5 milyona aldığı avtomobili bu səbəbdən sürə bilməyəcək - FOTO
-
Yaxın Şərq19 İyul 23:00
20 il komada qalan "Yatmış Şahzadə" VƏFAT ETDİ
-
Magazin119 İyul 22:00
Günayın yeni imici ilə göz qamaşdırdı - FOTO
-
Region19 İyul 21:50
İranda ölümcül infeksiya sürətlə yayılır
-
Dünya19 İyul 21:30
61 yaşlı kişi MRT-nin içinə sovuruldu
-
Rəsmi xronika19 İyul 20:20
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ