MDB
Rusiyada məşhur alimə vətənə xəyanətə görə 14 il həbs cəzası verildi: Bu ölkəyə işləyib
Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin (SB) Nəzəri və Tətbiqi Mexanika İnstitutunun (ITPM) elmi işçisi, 77 yaşlı Anatoli Maslov dövlətə xəyanətdə ittiham edilərək 14 il müddətinə həbs cəzası alıb.
Publika.az xəbər verir ki, məhkəmə iclasları “Tamamilə məxfi” möhürünə görə qapalı keçirilib.
Bəzi məlumatlara görə, alim hipersəslə bağlı və dövlət sirri təşkil edən məlumatları Çinə ötürüb.
Fizik Maslov 2022-ci ilin yayında Novosibirskdə həbs edilib. İTAM SB RAS-da baş elmi işçi vəzifəsində çalışıb. Alim özlü qaz dinamikası sahəsində aparıcı mütəxəssisdir və elmi fəaliyyətinin əsas istiqaməti aeroqaz dinamikasıdır. Akademik Petrov adına birinci mükafata və Jukovski adına qızıl medala layiq görülüb.
Maslovun işində ittiham olunan digər şəxs onun həmkarı, İTAM SB RAS-ın direktoru Aleksandr Şiplyukdur. O, 2022-ci ilin avqustunda saxlanılıb və Moskvaya, Lefortovo istintaq təcridxanasına göndərilib. İnstitutun özündə axtarış aparılıb. Elmi ictimaiyyət həbs olunan alimlərin müdafiəsinə qalxaraq onların bütün həyatlarını Rusiya elminə xidmətə həsr etdiklərini qeyd edib.
Tural
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Magazin27 Dekabr 19:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya7 Dekabr 17:40Meteohəssas insanların nəzərinə!
-
İdman7 Dekabr 16:42Messi tarixi uğurdan danışdı

































.jpg)




