Azərbaycanlı ekspertlər "C-130" təyyarəsinin qiymətləndirilməsində iştirak etdilər
Bizi izləyin

Nida Xəbər

Azərbaycanlı ekspertlər "C-130" təyyarəsinin qiymətləndirilməsində iştirak etdilər

İyunun 9-dan 13-dək "Ramşteyn"dəki hərbi bazasınakı Müttəfiq Hərbi Hava Komandanlığı, Neapol Birgə Qüvvələr Komandanlığı, NATO və Azərbaycanın ekspertləri Alyansın əməliyyatları çərçivəsində "C-130" hava nəqliyyatı bölməsinin uyğunluq səviyyəsinin qiymətləndirilməsində Qətər qüvvələrinə köməklik göstəriblər.

Publika.az xəbər verir ki, bu barədə NATO-nun Birgə Hava Komandanlığı məlumat yayıb.

Məlumata əsasən, bölmənin iki "C-130 Hercules" nəqliyyat təyyarəsi İstanbul Əməkdaşlıq Təşəbbüsü (ICI) çərçivəsində Alyansın missiyalarını potensial olaraq dəstəkləmək üçün 2022-ci ildə NATO qüvvələri fonduna əlavə edilib.

Qeyd olunub ki, ICI tərəfdaşlıq strukturudur və məqsədi daha geniş Yaxın Şərq regionunda NATO üzvü olmayan ölkələrə Alyansla əməkdaşlıq etmək imkanı təklif etməklə uzunmüddətli qlobal və regional təhlükəsizliyi təşviq etməkdir.

Qiymətləndirmə qrupunun tərkibinə Qətərdən olan 15 ekspert və 15 NATO eksperti və üç azərbaycanlı ekspert daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm