Nida Xəbər
Vaşinqtonda Bayramov, Mirzoyan və Blinken arasında üçtərəfli görüş keçirildi - FOTO/YENİLƏNDİ
ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirilib.
Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.
Hər iki tərəf görüşə ev sahibliyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.
***
Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü keçirilir.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.
NATO sammiti çərçivəsində keçirilən görüş Azərbaycanla Ermənistan arasında sülh sazişi və münasibətlərin normallaşmasına həsr olunub.
Xarici İşlər Nazirliyindən həmçinin qeyd olunub ki, görüş Antoni Blinkenin təşəbbüsü ilə baş tutur.
-
Sosial18:48Mehman Mehdiyev vəzifəsindən getdi
-
Sosial17:50Bu şəxslərə hər ay 100 manat veriləcək - YENİ QƏRAR
-
Dünya16:23Donald Trampa bənzəyən buğa gündəm oldu: Qurbanda kəsəcəklər - FOTOLAR
-
Sosial14:40Deputat: Uşaqpulu tənbəllik yarada bilər - VİDEO
-
Sosial14:27"Telegram" və "WhatsApp" istifadəçilərinə xəbərdarlıq - Hakerlər məlumatlarınızı oğurlayır
-
Rəsmi xronika13:38Makron İlham Əliyevə zəng vurdu
-
Dünya12:56Təcili xəbərdarlıq - Ərzaq qiymətləri arta bilər
-
Region12:38Türkiyə ilə Ermənistan nümayəndələri görüşdü: Mühüm razılaşma əldə edilib























.jpg)


.jpg)









