Yaxın Şərq
Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə...
Yaxın Şərqdəki müharibənin və Hörmüz boğazının bağlanmasının nəticələri uzun müddət qlobal neft bazarına təsir göstərəcək.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg Intelligence”ın enerji bazarı iştirakçıları arasında keçirdiyi sorğuda bildirilib.
Sorğuda iştirak edən 126 investor və enerji eksperti yaxın bir ildə “Brent” markalı neftin qiymətinin orta hesabla 81-100 dollar arasında dəyişəcəyini proqnozlaşdırıb.
Respondentlərin təxminən üçdə ikisi hesab edir ki, müharibənin yaratdığı geosiyasi risklər səbəbindən neftin qiymətinə uzun müddət bir barael üçün 5-15 dollar səviyyəsində qalacaq. Yalnız az sayda ekspert bu artımın 20 dollardan çox olacağını düşünür.
Analitiklərin fikrincə, bazarda tarazlıq əsasən tələbin azalması hesabına bərpa ediləcək. Bununla yanaşı, neft axınlarının yeni marşrutlara yönləndirilməsi, logistikanın dəyişməsi, OPEC+ ölkələrinin ehtiyat güclərindən istifadə və strateji ehtiyatların bazara çıxarılması da təsir göstərəcək.
Sorğu iştirakçılarının əksəriyyəti gündəlik qlobal neft tədarükünün 3-7 milyon barel azalacağını gözləyir.
Səudiyyə Ərəbistanı artıq Hörmüz boğazından keçən ixracının böyük hissəsini ölkə daxilindən keçən boru kəməri ilə Qırmızı dəniz limanlarına yönləndirib.
BƏƏ isə Oman körfəzinə çıxışı olan Füceyrə limanına neft daşınması üçün ikinci boru kəmərinin tikintisini 50 faizdən çox tamamlayıb. ADNOC şirkətinin rəhbəri Sultan Əhməd əl-Cabirin sözlərinə görə, bu layihə başa çatdıqdan sonra ölkənin Hörmüz boğazından yan keçərək neft ixrac imkanları iki dəfədən çox artacaq.
Müəllif: Adəm
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin218 Oktyabr 21:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO



































