Magazin1
300-dən çox sevgi məktubunu saxlamışdım, indi də yaraşığım qalıb... - Xalq artisti
"Rayonda qocalar parka yığışır, orada nərd oynayırıq. Bütün günü nərd oynamaqla məşğuluq. Bu bizim istirahətimizdir. Maşallah olsun, səhhətim də yaxşıdır, heç bir şikayətim yoxdur".
Publika.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti, uzun illərdir ki, Bakıdan Ağstafaya köçən aktyor Tariyel Qasımov deyib.
87 yaşlı sənətkar bildirib ki, həyatı boyu aktiv işlə məşğul olsa da, təqaüd həyatı onu darıxdırmır:
"İlk günlər bir az darıxdım. Ancaq indi vərdiş etmişəm. Həmişə Səməd Vurğun adına parka gedirik, orada gəzirik, istirahət edirik. Qoca kişilərlə günortaya kimi nərd oynayıram, daha sonra evə qayıdıram, nahar edirəm. Bir sözlə, rayonda həyatım yaxşı keçir. Onu da deyim ki, nərd oynamaq üzrə peşəkarlaşmışam. Vaxtı ilə rayonumuzda peşəkar nərd oynayanları da uduram. Qardaşım bizə gələndə onunla da nərd oynayıram".
Tariyel Qasımov televiziyaları izlədiyini də deyib:
"Bütün televiziya kanallarını izləyirəm. Əlavə vaxtımda kitablar oxuyuram. Sakitliyim var, mənə heç kim mane olmur. Vaxtı ilə oxuya bilmədiklərimi də mütaliə edirəm. Evimdə böyük rəflər var və hamısı kitabla doludur. Bəzən isə bağda işləyirəm. Alma, gilas, armud ağacım var. Onlara qulluq edirəm. Həyat yoldaşım toyuq da saxlayır, kənd yumurtası yeyirik".
Aktyor ona gənclik illərində verilən sevgi məktublarından da danışıb:
"300-dən çox sevgi məktubunu saxlamışdım. Cavanlıqda çox yaraşıqlı idim. İndi də yaraşığım qalıb, amma yaşım çoxalıb.(gülür) Xanımlar sosial şəbəkələrdə barəmdə yaxşı sözlər deyirlər. Səhhətimlə maraqlanırlar. Sağ olsunlar. Çox xoşbəxt aktyoram ki, tamaşaçıların sevimlisinə çevrilmişəm".
Aktyor bildirib ki, ehtiyac olan zaman paytaxta da gəlib gedir:
"Verilişlərə qonaq çağırılan zaman paytaxta gəlirəm. Bu gün Bakıya gəlirəm, Elgiz Əkbərin qonağı olacağam".
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...




































