Nida Xəbər
Azərbaycan və Ermənistan sülh razılaşmasını əldə etməyə yaxındır - Blinken
Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bir yerdə olmaqdan çox məmnunam.
Publika.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşdə deyib. O bildirib ki, Azərbaycan və Ermənistan danışıqlar, o cümlədən dayanıqlı, layiqli və hər iki ölkə, region və ABŞ-la əlaqələr üçün böyük imkanlar yaradan sülh danışıqları istiqamətində vacib işlər görüblər.
“ABŞ Avropa İttifaqı və digər həmkarları ilə birlikdə bu prosesə dəstək verib. Bugünkü görüş əldə olunmuş irəliləyişləri nəzərdən keçirmək üçün bir fürsətdir. Bütün təmaslar, o cümlədən son həftələrdə aparılan müzakirələrə əsasən düşünürəm ki, tərəflər ABŞ-ın da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxındır. Bu gün ABŞ-ın razılaşmanın əldə olunması üçün nələr edə biləcəyini müzakirə etmək üçün bir aradayıq”, - deyə A.Blinken qeyd edib.
-
İdman09:24Uşaq sığınacağından təsirli görüntü: "Qarabağ"ın oyununa baxmaq üçün... - VİDEO
-
Ekopublika.az09:00"Bitcoin"in qiyməti 1 milyon dollara çatacaq - Proqnoz
-
Hadisə08:15Xəzərdə zəlzələ oldu
-
Magazin207:55Conni Depp bu xəbərlə pərəstişkarlarını sevindirdi
-
Ekopublika.az06:16Maaşlarla bağlı ŞAD XƏBƏR
-
İdman05:15LGBT ilə bağlı Misirdən etiraz gəldi: İran susur
-
Qoroskop02:00Günün ulduz falı: Xoş xəbər alacaqsız
-
İdman01:11Yaxşı olar ki, bir şey deməyim - Koxalski nəyə əsəbləşib?





























.jpg)






