Nida Xəbər
Pakistanın Azərbaycana 100 illik sevgisinin səbəbi - Tarixi faktlar
Prezident İlham Əliyevin dost Pakistan Respublikasına səfəri, qarşılanma mərasimi, imzalanan sənədlər, verilən bəyanatlar həm Azərbaycanda, həm də xarici KİV-lərdə geniş müzakirə olunur.
Publika.az Pakistan-Azərbaycan əlaqələrinin tarixinə aid 2021-ci ilin avqust ayında dərc olunmuş yazını təkrar təqdim edir:
- İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycanın haqq işinə ciddi dəstək verən dost ölkələrdən biri də Pakistan oldu. Müharibənin ilk günlərindən Pakistanın baş naziri İmran Əhməd Xan Azərbaycana hərbi yardım da daxil olmaqla hər cür dəstək verməyə hazır olduqlarını bəyan etdi, Pakistan müharibə davam etdiyi müddətdə beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə addımların qarşısının alınmasında rol oynadı.
-Rəsmi İslamabadın birmənalı mövqeyi Azərbaycanda rəğbətlə qarşılandı, xüsusən sosial mediada Pakistan dövlətini, onun hazırkı baş nazirini təqdir edən minlərlə status və rəylər yazıldı, bir çox şəbəkə istifadəçiləri İmran Xanın fotosunu profil loqosu kimi seçdi, Azərbaycan, Türkiyə və Pakistan dövlət rəhbərlərinin birgə fotoları, bayraqları paylaşıldı. Qələbə elan olunan gün paytaxtın və digər yaşayış məntəqələrin sakinləri Qələbə yürüşlərində Pakistan bayraqları da qaldırdılar.
- Pakistanla Azərbaycan arasında yaxınlaşmanın yeni səviyyəyə qalxması müxtəlif ölkələrdə, xüsusən Hindistan, İran və ərəb ölkələrininin mediasında da diqqətlə izlənir, bu mövzuda müxtəlif şərhlərlə çıxış edirlər.
- Azərbaycan ictimai rəyində Pakistanın Azərbaycana dəstəyini izah edərkən bir çox hallarda əfsanələrdən istifadə edilir. Pakistanda bizə xoş münasibətin səbəbinin guya 20-ci əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyevin Hindistan müsəlmanlarına yardımının qarşılığını vermək istəyindən irəli gəldiyi haqda yazılanlar bu qəbildəndir.
- Reallıqda belə fakt olubsa, maraqlıdır, diqqətəşayandır, amma epizoddur. Sözügedən dövrlərdə Britaniya müstəmləkəsi olan Hindistanın tərkibindəki müsəlman əhalisi (yəni indiki Pakistan əhalisi) ilə Orta Asiya, Azərbaycan, İran və Türkiyə müsəlmanları arasında sıx əlaqələr olub, Azərbaycanda ən geniş yayılan qəzetlərdən biri də Hindistan müsəlmanlarının nəşr etdiyi “Həblü-l-mətin”in Azərbaycanın müxtəlif şəhərlərində müxbir məntəqləri də var idi. Hindistan müsəlmanları Qafqazda və Anadoluda müsəlman əhalinin istiqlal müharibələri aparmasını rəğbətlə qarşılamış, Anadoluda Qərb və rus imperiazlimzinə qarşı mübarizəyə yardım məqsədilə külli miqdarda pul vəsaiti göndərmişdilər (https://dergipark.org.tr) . Daha əvvəlki dövrlərə gedildikdə isə Pakistan əhalisi, xüsusən dövlət dilinin (urdu) daşıyıcısı olanlar (urduvanilər) özlərini türk (Babur) sülaləsinin davamçıları sayır, türk xalqlarına rəğbətlə yanaşırlar.
- İndi Pakistan dövlətinin tərkibinə daxil olan ərazilər müəyyən dövrlərdə Azərbaycanla eyni dövlətlərin və imperiyaların tərkibində olub, bu zaman daxili miqrasiyar əhalinin bir-birinə mədəni yaxınlığını artırıb. Azərbycanın Cənub-Şərqi Asiya ilə iqtisadi əlaqələrində Pakistanın Multan vilayətindən çıxan tacirlər xüsusi rol oynamışlar.
- Ən əsası, Pakistan dini kimlik üzərində qurulduğundan yeni müsəlman ölkələrini dəstəkləmək bu dövlətin xarici siyasətində mühüm yer tutur. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk üç dövlətdən biridir. Qardaş ölkə Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib - Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb.
- Pakistan Senatının Xarici İşlər Komitəsi 2012-ci il fevralın 1-də Xocalı soyqırımını tanıyıb.
- 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil də hər zaman mühüm rol oynayıb. Azərbaycan və Pakistan arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub.
- Pakistan 1992-1993-cü ilin əvvəllərində Azərbaycana 1 milyon dollar həcmində yardım edib. Pakistan Azərbaycanı bütün beynəlxalq forumlarda, xüsusilə İƏT-də dəstəkləyib, həmçinin Dağlıq Qarabağ münaqişəsi üzrə İƏT təmas qrupunun üzvüdür.
- Müstəqillikdən sonrakı dövrlərdə Azərbaycan da Pakistana daim dost yardımları edib, bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır və s.
- Son zamanlar Pakistandakı soydaşlarımız haqqında müəyyən qeydlərə rast gəlinir. Pakistandakı azərbaycanlı icması müxtəlif zamanlarda formalaşıb. Ümumtürk dövründən sonrakı - Azərbaycan dili digər qohum dillərdən differensiallaşdıqdan, xalqımız özünü digər türk xalqlarından fərqləndirən etnik vahid kimi tarix səhnəsinə çıxdıqdan sonrakı dövrlərdə (XIII-XV əsrlər) azərbaycanlıların öz tarixi Vətənlərindən ozamankı Hindistan yarımqitəsinə (Hindistan, Pakistan, Banqaladeş əraziləri) çoxsaylı köçləri olub. Azərbaycanlıların xalac subetnosuna mənsub əhali indiki Pakistan ərazisində puştunlarla qaynayıb qarışmışlar, bəzi tədqiqatlara görə, puştun elitasını əsasını təşkil edən dürran-xalzailər xalac idi. Bayandırlı-Baharlı (Ağqoyunlu-Qaraqoyunlu) ixtilafı, daha sonra müxtəlif siyasi çəkişmələrlə bağlı hərbi siyasi elitaya daxil olan çoxsaylı azərbaycanlılar öz tarixi yurdalarından Hind yarımqitəsinə köçmüş, Baharlı (Qaraqoyunlu) sülaləsindən olanlar burda Gülkənd sultanlığı da yaratmışlar. Bu sultanlığın davamı olan Heydərabad nizamlığı 1950-ci illərə qədər yarım müstəqil statusunu qoruyurdu. Həmin əhalinin mühüm hissəsi sonralar Hindistanın cənubundan və şimalındna indiki Pakistana mühacirət etmişlər. Sözügedən əhali özünü türk mənşəli kimi təqdim edir.
- İkinci böyük azərbaycanlı plastı etnik kimliyini daha çox qoruyub, əsasən Səfəvi və Əfşar hakimiyyətləri zamanında orada məskunlaşanların nəsilləridir, daha çox “qızılbaş” və “əfşar” adları ilə tanınırlar. Son zamanlar internet üzərindən təmasların artması nəticəsində icma Azərbaycana ciddi maraq göstərir. Hind yarımqitəsindəki üç ölkədə (Hindistan, Pakistan və Banqaledeş) yaşayan azərbaycanlıların sayı barədə dəqiq informasiyalar yoxdur, fərqli mənbələr bir neçə yüz mindən bir neçə milyonadək rəqəmdən bəhs edirlər. “Qızlbaş”lar arasında olduqca tanınmış şəxslər, o cümlədən Pakistanın nüvə dövlətininə çevrilməsinin təşəbbüsçülərindən olan Ağa Məhəmməd Yəhya Xan(Agha Muhammad Yahya Khan) 1969-71 –ci illərdə Pakistanın prezidenti, digər azərbaycanəsilli siyasətçi Müzəffər Əli xan Qızılbaş (Muzaffar Ali Khan Qizilbash) 1958-ci ildə Pakistanın baş naziri olub.
- ...İçərişəhərdə vaxtilə bütün Cənubi Şərqi Asiya ilə ticarətimizdə əsas rol oynamış və indiki Pakistanın Multan vilayətindən çıxmış tacirləri (multanıları) xatırladan XIV əsrə aid tarixi memarlıq abidəsi olan "Multanı" karvansarayı var. 1973-1974 – cü illərdə isə abidədə bərpa işləri aparılıb, hazırda ölkə əhəmiyyətli qorunan mədəniyyət obyekti sayılır...
Cəmaləddin Quliyev, siyasi ekspert
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək