Nida Xəbər
Moskva bəyan etdi: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi...
Rusiya Federasiyası Azərbaycan və Ermənistan nümayəndələri arasında danışıqlar üçün öz platformasını təqdim etməyə və onlar üçün ən rahat şərait yaratmağa hazırdır.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Azərbaycan liderinin Ermənistanla sülh müqaviləsi ilə bağlı bəyanatlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiya hələ 2022-ci ildə davamlı və uzunmüddətli sülhə nail olmaq üçün ölkələr arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyini vurğulayıb və həmçinin bunun üçün bütün yardımı göstərməyə davam edəcəyinə söz verib.
“Yəni bizim yanaşmamız nəinki sabitdir, o, həm də ölkəmizin imzaladığı sənəddə qeyd olunub ki, bu cür yardımın həcmi və forması danışıqlar aparan tərəflərin hər biri üçün məqbul olmalıdır. Moskva sülh müqaviləsi layihəsi ilə bağlı Azərbaycan-Ermənistan danışıqlarının raundlarına ev sahibliyi edib və bundan sonra da etməyə hazırdır”, - deyə Zaxarova bildirib.
O qeyd edib ki, Moskva hər iki nümayəndə heyətinin üstünlük verdiyi ikitərəfli formatda işləməsi üçün ən rahat şəraitin yaradılmasına zəmanət verir.
“Biz müttəfiqlərimiz arasında balanslaşdırılmış sülh müqaviləsinin bağlanmasını regionda bölünməz təhlükəsizlik və davamlı iqtisadi inkişaf arxitekturasının qurulması üçün ilkin şərt hesab edirik”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
O, qalan fikir ayrılıqlarının tezliklə həllinə və ən yüksək səviyyədə ikitərəfli razılaşmalara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının digər sahələrində uğurlu irəliləyişin olacağına ümidvar olduğunu bildirib.
Tural
-
Region05:15ABŞ İranın 17 hərbi gəmisini məhv etdi
-
Qadın04:44Məşhur stilist qadın gözəlliyinin sirrini açıqladı - Foto
-
Magazin100:15Azərbaycanlı müğənni ağır qəzaya düşdü
-
Qoroskop00:00Günün ulduz falı - Sizin ən güclü silahınız odur
-
Magazin13 Mart 23:48Zaur Əmiraslanova ağır itki üz verdi
-
Dünya3 Mart 23:36"Qanlı Ay" tutulması - Kimlər görə bildi?
-
Region3 Mart 23:24İranın məxfi nüvə mərkəzi vuruldu
-
Region3 Mart 22:40Xameneinin dəfn yeri məlum oldu































.jpg)






