Nida Xəbər
FHN-in amfibiya tipli təyyarəsi TÜRKİYƏYƏ YOLA SALINDI - YENİLƏNDİ
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyəyə yola salınıb.
Publika.az xəbər verir ki, amfibiya təyyarəsinin yola salınması üçün hazırlıq işləri başa çatıb.
Eyni zamanda FHN-in iyinin müvafiq yanğın-xilasetmə qüvvələri də hazırlıq vəziyyətinə gətirilib.
Qeyd edək ki, Türkiyə Respublikasının müvafiq qurumu ilə aparılan müzakirələrdə qardaş ölkəyə köməklik məqsədilə göndərilməsi üçün Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin tam hazır olduğu diqqətə çatdırılıb, lakin qarşı tərəf hazırkı mərhələdə yalnız təyyarənin göndərilməsinin kifayət etdiyini bildirib.
xxx
22:48
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri hazırlıq vəziyyətinə gətirilib.
Publika.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
İlkin olaraq, FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi yanğınsöndürmə əməliyyatlarına dəstək göstərilməsi məqsədilə Türkiyəyə yola salınacaq.
Bundan əlavə, Türkiyə Respublikasının müvafiq qurumu ilə aparılan müzakirələrdə qardaş ölkəyə köməklik məqsədilə göndərilməsi üçün Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin tam hazır olduğu diqqətə çatdırılıb, lakin qarşı tərəf hazırkı mərhələdə yalnız təyyarənin göndərilməsinin kifayət etdiyini bildirib.
Hazırda amfibiya təyyarəsinin yola salınması üçün hazırlıq işləri görülür.
xxx
21:48
Azərbaycan qısa zamanda yanğınların qarşısının alınması üçün “BE-200ÇS” amfibiya tipli təyyarəsini Türkiyəyə göndərəcək.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, yanğınların qarşısının alınması ilə bağlı Azərbaycan qardaş ölkəyə istənilən əlavə dəstəyi göstərməyə hazırdır.
Dövlət başçıları Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduqlarını, bir-birini daim dəstəklədiklərini qeyd ediblər.
Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
-
Ekopublika.az03:43Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
-
Qoroskop01:40Şanslı həftə: Bu bürcləri böyük maliyyə uğuru gözləyir
-
Kriminal17 Avqust 22:46Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl
-
Hadisə17 Avqust 21:00Azərbaycanda dəhşətli qəza: 5 ölü, 6 yaralı var - Foto/Yeniləndi
-
Hadisə17 Avqust 20:36Bakıda gənc müəllim faciəli şəkildə öldü - Foto
-
İKT17 Avqust 20:00Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Nəqliyyat17 Avqust 18:40Sabahdan Bakının bu iki küçəsi bağlanır
-
Ekologiya17 Avqust 18:10Böyükşor gölünün yaşıla bürünməsinin səbəbi bu imiş
















.jpg)





















