Azərbaycan iri addımlarla iqlim mövzusunda da irəliyə gedir - Nigar Arpadarai
Bizi izləyin

Nida Xəbər

Azərbaycan iri addımlarla iqlim mövzusunda da irəliyə gedir - Nigar Arpadarai

COP prosesi və iqlim dəyişikliyi ilə mübarizə təkcə dövlətlər səviyyəsində olmamalıdır, bu, bütün cəmiyyəti, hər kəsi əhatə etməlidir. Çünki iqlim dəyişikliyi hər birimizə təsir edir. Dövlətlər bu sahədə özlərinə öhdəliklər götürürsə, bu, cəmiyyətin müxtəlif sahələrinə təsir edir.

Publika.az xəbər verir ki, bunu BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai “Real Tv”yə müsahibəsində deyib.

O, COP29-da biznes sektorunun iştirakından da danışıb. N.Arpadarai iqlim maliyyələşməsi prosesinə iş adamlarını və sahibkarları fəal şəkildə qoşulmağa çağırıb.

N.Arpadarai qeyd edib ki, COP29 Azərbaycanı kiçik ölkədən daha böyük müzakirələrin iştirakçısına çevirəcək:

“Azərbaycan iri addımlarla iqlim mövzusunda da irəliyə gedir. İllərdir böyük tədbirlərə ev sahiblik etmişik. COP29 isə tamamilə fərqlidir. Bu, Azərbaycana olan hörmətdir, ölkəmizin nüfuzunun qəbul olunmasıdır”.

Daha ətraflı videoda:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm