"Mirzoyan dezinformasiya və manipulyasiya aparmaqla məşğul olub" - Ayxan Hacızadə
Bizi izləyin

Nida Xəbər

"Mirzoyan dezinformasiya və manipulyasiya aparmaqla məşğul olub" - Ayxan Hacızadə

Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Varşava Forumunda Azərbaycana qarşı həqiqətə uyğun olmayan fikirlər səsləndirib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "X"dəki paylaşımında qeyd edib.

A.Hacızadə eyni zamanda vurğulayıb ki, Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib.

"Ermənistan XİN rəhbəri forum çərçivəsində çıxışı zamanı dezinformasiya və manipulyasiya aparmaqla məşğul olub", - o əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm