Hamınızı birlik olmağa çağırıram, hazırkı mərhələdə... - COP28-in Prezidenti
Bizi izləyin

Nida Xəbər

Hamınızı birlik olmağa çağırıram, hazırkı mərhələdə... - COP28-in Prezidenti

"COP28-də Dubayda mən xahiş etmişdim ki, fərqlilikləri aradan qaldırıb konsensus əldə edək və bu planlar ətrafında fikirləşək. COP29-da gəlin bunu bir daha edək. Bizim Dubayda götürdüyümüz öhdəliklər üzərində Bakıda COP29-da işimizi qurmalıyıq. Hamımız birləşməliyik".

Publika.az xəbər verir ki, bu sözləri COP28-in prezidenti Sultan Əl Cabir Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) açılışı zamanı deyib:

"Siz bizə icazə verdiniz ki, bir vizyon və fərqliliyə doğru gedək. BƏƏ konsensusu realdır və bu, sizin gərgin əməyiniz nəticəsində yaranıb, artıq biz kollektiv olaraq öhdəlik götürmüşük. Dubayda əldə edilmiş BƏƏ konsensusu bizə yol xəritəsi verib. Bizim Dubayda götürdüyümüz öhdəlikləri burda da reallaşdıracağıq. Hamınızı birlik olmağa çağırıram. Hazırkı mərhələdə bir çox məsələlər həll edilməmiş qalıb. Burada maliyyə birinci yerdə dayanır. COP29 BƏƏ-nin konsensusunu icra etməlidir. Biz reallığı qəbul etmək və gələcək hədəflərimizi yerinə yetirməliyik.

BƏƏ konsensusu Paris sazişinə gedən yol xəritəsidir. Bəşəriyyət, dayanıqlı cəmiyyət naminə birləşməliyik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm