Nida Xəbər
Zaur Mikayılov COP29 çərçivəsində keçirilən tədbirdə iştirak etdi - FOTO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Dünya Bankının təşkil etdiyi "Ambisiyaların artırılması: Avropa və Mərkəzi Asiyada enerji və su sistemlərinin transformasiyası" mövzusunda keçirilən tədbirdə iştirak edib.
Publika.az xəbər verir ki, bu barədə ADSEA-nın Mətbuat Xidmətindən məlumat verilib.
Sədr su sektorunda itkilərin azaldılması və islahatlar çərçivəsində görülmüş işlərdən, eləcə də iqlim dəyişikliyinin yaratdığı təzyiqlərə qarşı mübarizə istiqamətlərindən söz açıb.
Tədbirdə iştirak edən Albaniyanın baş nazirinin müavini xanım Belinda Balluku, Rumıniyanın Energetika naziri cənab Sebastian Burduja və Dünya Bankının vitse prezidenti cənab Juergen Voegele COP29 tədbirinin Azərbaycanda təşkil edilməsini yüksək qiymətləndirdiklərini qeyd edərək yaxın gələcəkdə həyata keçiriləcək yaşıl enerji layihələri barədə ictimaiyyətə məlumat veriblər.
-
Magazin200:30"Kurtlar Vadisi"nin aktyorları 22 il sonra eyni serialda - FOTO
-
Magazin200:15Serdar Ortaç səhnədə yıxıldı - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kainat sizə iki mesaj göndərir
-
Hadisə24 Yanvar 23:36Qusarda 22 yaşlı gənc faciəli şəkildə həyatını itirdi - TƏFƏRRÜAT
-
İdman24 Yanvar 23:24“Başında şiş var idi, görüb pis oldum”
-
Magazin124 Yanvar 22:487 kiloqram arıqlayıb belə oldu - FOTO
-
ABŞ24 Yanvar 22:12“Tarixi fəlakət” xəbərdarlığı vaşinqtonluları QORXUYA SALDI - Supermarketlər boşaldılır
-
Magazin124 Yanvar 21:36Dubaydan ev alıb, ora köçür




































