Nida Xəbər
Tramp İlham Əliyevə təşəkkür etdi
ABŞ Prezidenti Donald Tramp ötən ilin avqust ayında imzalanmış sülh müqaviləsinə əməl etdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edib.
Publika.az xəbər verir ki, bununla bağlı Ağ Ev rəhbərinin "Truth Social" sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
Trampın sözlərinə görə, son müharibə dəhşətli olub və onun sona çatdıra bildiyi səkkiz müharibədən biridir, lakin region artıq sülh və rifah dövrünə qədəm qoyur. O, ABŞ-nin vitse-prezidenti Jey Di Vensin sülh səylərini davam etdirmək, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nu irəli aparmaq üçün fevralda Azərbaycana və Ermənistana səfər edəcəyini vurğulayıb.
ABŞ Prezidenti həmçinin Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək, Ermənistanla dinc nüvə əməkdaşlığı müqaviləsi bağlamaq və Amerikanın yarımkeçirici istehsalçılarının maraqları naminə müqavilələr imzalamaq niyyətində olduğunu bildirib. Bundan əlavə, Tramp ABŞ-nin Azərbaycana zirehli geyimlər, qayıqlar və digər məhsullar da daxil olmaqla Amerika istehsalı olan müdafiə avadanlıqları satmağı planlaşdırdığını açıqlayıb.
-
ABŞ23:24Azərbaycanlı İrəvanın mərkəzindən salam göndərdi - Video
-
Magazin122:48"Xəyanətə görə ailəm dağıldı"
-
İdman20:36"Qarabağ" - "Nyukasl" oyununa görə belə qərar verildi
-
Nida Xəbər 20:00Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
-
Hadisə19:12Bu rayonda zəlzələ oldu
-
Hadisə19:00Sumqayıtda güclü yanğın baş verdi - VİDEO
-
Nida Xəbər 18:48Gənc oğlanı qaçırıb evlənməyə məcbur etdilər
-
İdman18:36Qurbanov sağlam qidanın "Qarabağ"ın nəticələrinə təsirindən danışdı






















.jpg)










.jpg)


