Nida Xəbər
"Xəzər dənizi Azərbaycan və region üçün həyati əhəmiyyətli bir sərvətdir"
"Xəzər dənizinin iqlim dəyişikliklərinin təsirlərinə həssaslığı hər gün müşahidə edilir".
Publika.az xəbər verir ki, bunu BMT-nin COP29-da İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai COP29 çərçivəsində keçirilən "Xəzər dənizi və davamlı inkişaf: Ətraf mühitin mühafizəsi" adlı forumda deyib:
"Xəzər dənizi Azərbaycan və region üçün həyati əhəmiyyətli bir sərvətdir.
Çünki sahilyanı dövlətlərin ən böyük təbii ehtiyatıdır, biomüxtəlifliyimizi, iqtisadiyyatımızı və icmalarımızı dəstəkləyir. Bir tərəfdən, Xəzər dənizi nəqliyyat qovşağıdır, bir sıra beynəlxalq nəqliyyat marşrutlarının bir hissəsidir. Digər tərəfdən, Xəzər dənizi ətraf ölkələr üçün biomüxtəliflik mənbəyi, bu dövlətlərin iqlim sistemləri və ekosisteminin çox vacib hissəsidir. COP29 kontekstində qlobal, regional və milli gündəmlər var. Xəzər dənizi ətrafındakı ölkələrin birləşməsi, ümumi baxış və iqlim gündəliyinin müəyyənləşdirilməsi üçün fürsət var. Əgər hər şeyi düzgün etsək, təkcə iqlimə və ətraf mühitə deyil, həm də iqtisadiyyata müsbət təsir göstərəcəyik".
-
Qarabağ 14:15Xankəndi şəhərinə köçmək istəyənlərə ŞAD XƏBƏR
-
ABŞ13:45Tramp Makronun “fatihə”sini verdi: Heç kimə lazım deyil, tezliklə…
-
Region12:48Tramp Paşinyana da dəvət göndərdi: Nə cavab verib?
-
Nida Xəbər 12:36Məzahir Pənahov vəzifədən gedir? - ÖZÜ DANIŞDI
-
Maraq dünyası11:46Qışda böyük yüksəliş: 5 bürc varlanacaq
-
Sağlamlıq11:25Dünya bu il yeni pandemiya ilə üzləşəcək: TƏHLÜKƏ QAPIDA
-
Nida Xəbər 10:21Türkiyə XİN-dən 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO
-
Sosial09:45Hazırda bu yollar bağlanıb - Sürücülərə XƏBƏRDARLIQ




































