Nida Xəbər
Ceyhun Bayramov yeni səfiri qəbul etdi
Küveytin Azərbaycana yeni təyin olunmuş səfiri Məhəmməd Feysəl Əl-Muteyri xarici işlər naziri Ceyhun Bayramova etimadnaməsinin surətini təqdim edib.
Publika.az-a XİN-dən verilən məlumata görə, nazir cari ildə Azərbaycanın Küveytlə diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümünün qeyd olunduğu, bu illər ərzində ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın inkişafının məmnunluq doğurduğu diqqətə çatdırıb.
Görüşdə regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər COP29-un nəticələri barədə ətraflı müzakirə aparıb.
Səfir Azərbaycan və Küveyt arasında mövcud əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik ifadə edib, bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.
-
Magazin200:30"Kurtlar Vadisi"nin aktyorları 22 il sonra eyni serialda - FOTO
-
Magazin200:15Serdar Ortaç səhnədə yıxıldı - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kainat sizə iki mesaj göndərir
-
Hadisə24 Yanvar 23:36Qusarda 22 yaşlı gənc faciəli şəkildə həyatını itirdi - TƏFƏRRÜAT
-
İdman24 Yanvar 23:24“Başında şiş var idi, görüb pis oldum”
-
Magazin124 Yanvar 22:487 kiloqram arıqlayıb belə oldu - FOTO
-
ABŞ24 Yanvar 22:12“Tarixi fəlakət” xəbərdarlığı vaşinqtonluları QORXUYA SALDI - Supermarketlər boşaldılır
-
Magazin124 Yanvar 21:36Dubaydan ev alıb, ora köçür



































