Paris Aİ-ni Le Penin hakimiyyətə gəlməsi ilə qorxudur? - 35 milyard avroluq tələb
Bizi izləyin

Avropa

Paris Aİ-ni Le Penin hakimiyyətə gəlməsi ilə qorxudur? - 35 milyard avroluq tələb

Paris Aİ-ni Le Penin hakimiyyətə gəlməsi ilə qorxudur? - 35 milyard avroluq tələb

Avropa İttifaqına (Aİ) üzv ölkələr, rəsmi Parisin Fransa prezidentliyə namizəd, “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Penin hakimiyyətə gəlməsinin mümkün nəticələrini şişirtdiyindən ehtiyat edirlər.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Fransa kənd təsərrüfatı sektoruna subsidiyalar üçün əlavə 35 milyard avro ayrılmasını tələb edir. Bu isə digər sahələr üçün nəzərdə tutulan büdcə vəsaitlərinin yenidən bölüşdürülməsini nəzərdə tutur.

Yelisey sarayının nümayəndəsi qeyd edib ki, məqsəd ayrılacaq vəsait hesabına Fransanın hazırda kənd təsərrüfatı subsidiyaları üzrə aldığı maliyyələşmənin səviyyəsini qoruyub saxlamaqdır.

Bununla belə, Aİ-nin bəzi üzv ölkələri Parisin tələblərini yerinə yetirməyə tələsmir. Onlar Fransanın sağçı partiyanın nümayəndəsinin hakimiyyətə gəlməsinin mümkün nəticələrini şişirdə biləcəyindən şübhələnirlər.

Avropalı diplomatlardan biri bu barədə belə danışıb:

“Fransızlar Le Penin rəhbərlik etdiyi hökumətin hakimiyyətə gəlməsi ehtimalı ilə bizi qorxudaraq bundan faydalanmağa çalışırlar”.

Xatırladaq ki, daha əvvəl Fransa və Almaniyanın Marin Le Penin hakimiyyətə gələcəyi təqdirdə Avropa İttifaqının 2028-2034-cü illər üçün nəzərdə tutulan büdcəsinin yenidən nəzərdən keçirilməsinin qarşısını almağa çalışdığı bildirilmişdi.

Müəllif: Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm