"GTA 6"nın ulduzuna tənqid yağdı: Keçmiş paylaşımları gündəm oldu
Bizi izləyin

Dünya

"GTA 6"nın ulduzuna tənqid yağdı: Keçmiş paylaşımları gündəm oldu

"GTA 6"nın ulduzuna tənqid yağdı: Keçmiş paylaşımları gündəm oldu

"GTA 6"da Mendi obrazını səsləndirən 32 yaşlı aktrisa Lesli Şoaibi kişilər haqqında keçmiş paylaşımlarına görə tənqid hədəfinə çevrilib.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Star" nəşri məlumat yayıb.

Bildirilib ki, aktrisanın 2025-ci ildə "TikTok"da yayımladığı videolarda kişilərin tənhalığını ələ saldığı və heteroseksual kişilərə qarşı mənfi münasibətini ifadə etdiyi üzə çıxıb.

Sözügedən paylaşımlar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər aktrisanın fikirlərini yumor kimi qiymətləndirərək onu müdafiə etsə də, digərləri bu ifadələri seksist hesab edib və kişilərin psixi sağlamlıq problemlərinin kiçildilməsinə etiraz ediblər.

Qeyd edək ki, "GTA 6" satışa çıxmazdan əvvəl "Instagram"da təxminən 68 min izləyicisi olan Şoai­binin izləyici sayı qısa müddətdə 300 minə yaxınlaşıb. Aktrisanın səsləndirdiyi Mendi obrazı da oyunun sevilən personajlarından birinə çevrilib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm