Səhiyyə
Xərçəngin beş gizli əlaməti - “Öz-özünə keçər” prinsipi ilə yaşamaq olmaz
Yorğunluq, yuxululuq və səsin xırıltılı olması bəzən mövsüm dəyişikliyi, soyuqdəymə və ya soyuq hava ilə əlaqəli olmur. Bunlar onkoloji xəstəliyin əlamətlərindən biri ola bilər.
Publika.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya bərpa təbabəti həkimi, nevroloq və Sistemli Sağlamlıq Akademiyasının təsisçisi Aleksey Mamatov bildirib.
O qeyd edib ki, davamlı və ya səbəbi izah olunmayan dəyişikliklər diqqət tələb edir. Təhlükəli əlamətləri vaxtında aşkar etmək üçün bu simptomları kompleks şəkildə qiymətləndirmək lazımdır.
“Gözlənilməz hər bir simptomu təşvişə düşmək üçün səbəbə çevirmək lazım deyil, lakin “öz-özünə keçər” prinsipi ilə yaşamaq da düzgün deyil”, - deyə Mamatov bildirib.
Payızın və hava şəraitinin təsiri ilə asanlıqla qarışdırıla bilən ilk təhlükəli əlamət istirahətdən sonra belə davam edən yorğunluq, yuxululuq və halsızlıqdır. Adi mövsümi yorğunluğun aydın səbəbləri olur və yuxudan, eləcə də istirahətdən sonra adətən azalır.
İkinci əlamət səsin xırıltılı olması və ya dəyişməsidir. Xüsusilə də kəskin respirator virus infeksiyasının digər simptomları yoxdursa və ya mövsümi soyuqdəymə artıq keçibsə, buna diqqət yetirmək lazımdır.
Həddindən artıq çəki itkisi də narahatlıq doğurmalıdır. Hətta daha düzgün qidalanmağa başlamısınızsa belə, bu əlaməti diqqətdən kənarda qoymaq olmaz. Eyni hal iştahanın kəskin azalmasına və ya mədə-bağırsaq traktının fəaliyyətində qeyri-adi dəyişikliklərə də aiddir.
Beşinci əlamət gündəlik fiziki fəaliyyət zamanı çətinliklərin yaranmasıdır: pilləkənlə qalxmaq çətinləşir, adi işləri görərkən qəfil təngnəfəslik və ya süstlük yaranır. Xüsusilə bu hallar qəfil başlayıb müəyyən müddət davam edirsə, onları yalnız pis hava şəraiti və gündüz saatlarının qısalması ilə əlaqələndirmək olmaz.
Mamatov vurğulayıb ki, bir və ya iki əlamətin olması özlüyündə xərçəng xəstəliyi demək deyil. Belə simptomlara bir çox başqa hallarda da rast gəlinir. Buna görə də sağlamlıq vəziyyətini ayrı-ayrı əlamətlər toplusu kimi deyil, kompleks şəkildə qiymətləndirmək lazımdır.
“Ümumi vəziyyəti nəzərə almaq lazımdır: yuxu, qidalanma, fiziki aktivlik, xroniki xəstəliklər, qəbul edilən dərmanlar, stress, yaş və ailə anamnezi. Yeni yaranan və ya davamlı xarakter daşıyan, səbəbini izah etmək mümkün olmayan simptom varsa, həkimə müraciət etmək lazımdır”, - deyə həkim fikrini yekunlaşdırıb.
Hüseyn İbadlı
-
Ekologiya09:24Günəşdə nəhəng şüa aşkarlandı: Yer üçün təhlükə var?
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi












.jpg)






.jpg)


















.jpg)
.jpg)