Nida Xəbər
Həbs edilən general apellyasiya şikayəti verdi
Müdafiə Nazirliyində (MN) 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən bir sıra şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.
Publika.az Report-a istinadən xəbər verir ki, Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Xatırladaq ki, sözügedən cinayət əməlinə görə Nizami Məmmədov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Bayram Bayramov 11 il 6 ay, Vüsal Əlizadə isə 10 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyandan təxminən 40 milyon manatı ödənilib. Eyni zamanda təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib.
Hazırda vurulmuş ziyanı ödəməkdən yayınan digər təqsirləndirilən şəxslər barədə işlərə ayrıca icraatlarda baxılır.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
-
Sosial16:03
Əli Əsədov yeni qərarlar imzaladı
-
Sosial15:14
DSX mayoruna hücum edən idmançı sərbəst buraxıldı
-
Rəsmi xronika14:28
İlham Əliyev Maqdalena Qrononu qəbul etdi
-
Nida Xəbər 13:50
Əli Əkbər Əhmədian Bakıdadır: Buradan İrəvana gedəcək - Məqsədi nədir?
-
Hadisə13:20
Azərbaycanda qadın baldızının intim görüntülərini yaydı: ərinin müdiri ilə...
-
Dünya12:50
Netanyahuya qalmaqallı tövsiyə: Türkiyə ilə müharibəyə hazırlaş
-
Sosial12:30
Minlərlə evə bildiriş göndərildi - Bu şəxslərin pensiyası ləğv edilə bilər
-
Nida Xəbər 12:12
İrəvan təsdiqlədi: Yaxın günlərdə Azərbaycanla Ermənistan arasında...