Nida Xəbər
“Etnik təmizləməni törədən dövlət Ermənistandır”
Ermənistan Xarici İşlər Nazirliyinin yanvarın 15-də verdiyi, Azərbaycan SSR-də ermənilərə qarşı qanunsuzluq törədildiyini iddia edən əsassız və böhtan dolu bəyanatını qınayırıq. Bəyanatın tonu, həm də Ermənistanın İkinci Qarabağ müharibəsindən əvvəlki ritorikasını xatırladır.
Publika.az xəbər verir ki, bu fikilər Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda öz əksini tapıb.
Bəyantda, həmçinin qeyd olunur: "Etnik təmizləməni törədən dövlət Ermənistandır: Hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Levon Ter-Petrosyanın prezident qismində 1993-cü ildə etdiyi məlum çıxışı azərbaycanlılara qarşı etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu bir daha təsdiq edir. Həmçinin xatırlatmaq yerinə düşür ki, L.Ter-Petrosyan həmin çıxışında Azərbaycan SSR-dən ermənilərin köçünün məhz Ermənistanın özü tərəfindən təşkil edildiyini də bildirib".
İcma L.Ter-Petrosyanın çıxışından müvafiq çıxarışı təqdim edib: “Hərəkat vaxtında başlamasaydı, bu gün Azərbaycanda 500 min erməni qalacaqdı. Onlar fiziki cəhətdən məhv edilməsələr belə, bu, Ermənistanı diz çökdürmək üçün ən güclü rıçaq olardı. Onların əhəmiyyətli bir hissəsi, 300 mindən çox insan Ermənistanda sığınacaq tapdı. Bu da milli problem idi, hərəkatımız sayəsində həll olunan böyük miqyaslı problem”.
"Bütün bunlar sübut edir ki, Ermənistan işğalını mümkün hesab etmədiyi Azərbaycan ərazilərindən ermənilərin köçünü təşkil edərək, iki xalqın nümayəndələrinin dinc yanaşı yaşamaq təcrübəsini aradan qaldırmağı və Ermənistanda mono-etnikdövlət yaratmağı hədəfləmişdir. Ermənistan hökuməti böhtan və nifrət dolu bəyanatlar vermək əvəzinə, irqçiliyinə və mono-etnik siyasətinə son verməli, Qərbi azərbaycanlıların qayıdışına şərait yaradaraq, oradakı multi-etnik mühiti bərpa etməlidir", - deyə bəyanda bildirilir.
-
İdman12:18
Az qala Messinin ailəsini dağıdacaqdı: Cazibədar jurnalist o gülüşün sirrini açıqladı - FOTOLAR
-
Magazin111:54
Aktrisa Çimnazın ölümünün təfərrüatı: Bir neçə ay...
-
İdman11:24
Şimali koreyalılar DÇ-1966-da Banişevskini stimullaşdırmaq üçün görün nə təklif ediblər
-
Magazin111:18
Xalq artistinin 5 kiloluq qiymətli aksesuarı səs-küy yaratdı - VİDEO / FOTO
-
Magazin111:04
Ağadadaş Ağayevin mülki iddiasına xitam verildi
-
Nida Təhlil 10:36
Bayden Trampa problem yaratmaq üçün Ermənistanla bu sazişi imzalayıb - DETALLAR
-
Dünya10:24
ABŞ Rusiyaya qəti şəkildə bildirdi: Ukrayna bunu heç vaxt etməyəcək
-
Dünya09:30
21 ildən sonra Türkiyəyə tarixi səfər: Bu gün gəlir