Nida Xəbər
Baş nazirdən daha bir qərar
Nazirlər Kabineti “Aviasiya haqqında” qanunda nəzərdə tutulmuş hallarda uçuş qaydalarını pozan hava gəmisi yerə endirildikdən və pozuntunun səbəbləri aydınlaşdırıldıqdan sonra uçuşun davamına icazə verilməsi Qaydası”nı təsdiq edib.
Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qayda “Aviasiya haqqında” qanuna uyğun hazırlanıb, onunla tənzimlənməyən məsələlər adı çəkilən qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, habelə Konvensiyaya 2 nömrəli Əlavə - “Uçuşların qaydaları” və 13 nömrəli Əlavə - “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması” ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun həyata keçirilir. Qaydada istifadə edilən anlayışlar adı çəkilən qanunla və digər normativ hüquqi aktlarla müəyyən olunmuş mənaları ifadə edir.
Qərara əsasən, bundan sonra, müntəzəm və qeyri-müntəzəm (çarter) uçuşların həyata keçirilməsinə müvafiq orqandan icazə almayan və icazəsi olmadan Azərbaycanın hava məkanından səsdən iti sürətlə uçan, eləcə də Azərbaycanın dövlət sərhədi üzərində uçuş qaydalarını pozan və ya Azərbaycanın hava məkanından istifadə qaydalarını digər şəkildə pozan hava gəmisi Müdafiə Nazirliyinin tələbi ilə məcburi qaydada yerə endirilə bilər.
-
Magazin202:42İstanbulda rekord sayda tamaşaçı qarşısına çıxacaq
-
Region01:11İranda sükut yenidən pozuldu - Xəbərdarlıq atəşi açıldı
-
Avropa00:15Niderlandda azərbaycanlı gənc faciəvi şəkildə öldü
-
Magazin100:00Sabah Rəvan Qarayevin toyudur
-
Magazin128 May 21:48"Yalandan deyir ki, sənin adındır"
-
MDB28 May 21:36Lukaşenko süni intellektlə bağlı çağırış etdi - “Çin lideri dedi ki...”
-
Magazin128 May 20:00"Bağda gördüyüm ilanı öpüb tumarladım"
-
Ekologiya28 May 19:55Nazirlikdən XƏBƏRDARLIQ - Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun



































