Dünya
Epşteynin köməkçisindən şok iddialar - Yeni adlar təqdim etdi
ABŞ Konqresində Epşteyn işi üzrə keçirilən qapalı dinləmədə diqqətçəkən ifadə verilib.
Publika.az ABŞ mediasına istinadən xəbər verir ki, milyarder Cefri Epşteynin keçmiş köməkçisi Sarah Kellen ilk dəfə geniş açıqlama ilə çıxış edərək, ona qarşı səsləndirilən ittihamları rədd edib.
Kellen bildirib ki, o, Epşteyn və Qisleyn Maksvell tərəfindən illərlə cinsi və psixoloji zorakılığa məruz qalıb. “Mən cinayət ortağı deyil, qurban idim”, - deyə o vurğulayıb.
Keçmiş köməkçi ifadəsində Epşteyn tərəfindən manipulyasiya edildiyini, nəzarət altında saxlanıldığını və psixoloji təzyiqə məruz qaldığını iddia edib.
Kellen həmçinin Konqres üzvlərinə yeni adlar da təqdim edib. Bu isə Epşteyn işi üzrə istintaqda yeni əlaqələrin ortaya çıxa biləcəyi ehtimalını gücləndirib.
Qeyd edək ki, Sarah Kellen uzun illər Epşteyn şəbəkəsi ilə bağlı ittihamlarla gündəmdə olsa da, onun barəsində indiyədək heç bir cinayət işi açılmayıb. Onun adı 2007-ci ildə Epşteyn ilə bağlı bağlanmış gizli razılaşmada “birgə sui-qəsd iştirakçısı” kimi keçib.
Müəllif: Roza
-
Rəsmi xronika23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Magazin220:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin219:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək
-
Kriminal19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
-
Nida Xəbər 14:40Publika.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI














.jpg)



.jpg)



















