Nida Xəbər
Bayramovla Kaya Kallas arasında geniştərkibli görüş başladı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında geniştərkibli görüş başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə Azərbaycan - Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, o cümlədən enerji, ticarət, nəqliyyat və yaşıl keçid kimi əməkdaşlıq sahələri, həmçinin Azərbaycanın regional əlaqələr və təmiz enerji təchizatına verdiyi töhfələr müzakirə olunub.
Eyni zamanda postmünaqişə dövrü daxil olmaqla regional təhlükəsizlik məsələləri də görüş zamanı diqqət mərkəzində olub.
C.Bayramov sülh sazişi ilə bağlı rəsmi Bakının uzunmüddətli və prinsipial mövqeyini bir daha vurğulayaraq qeyd edib ki, Ermənistanın konstitusiyasına dəyişiklik edilərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması sülh sazişinin imzalanması üçün əsas şərtdir.
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO











.jpg)

.jpg)





















