Nida Xəbər
Ermənilərin Şimali Azərbaycana köçürülməsi tarixinə dair kitabların onlayn versiyası 3 dildə
“Ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi tarixi həqiqətdir” (rus və ingilis dillərində) və “Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinin regional təhlükəsizlik üçün nəticələri” (Azərbaycan dilində) kitablarının onlayn versiyası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının saytında yerləşdirilib.
Publika.az xəbər verir ki, bu əsərlərin müəllifləri AMEA-nın müşaviri, akademik Yaqub Mahmudov və tarix elmləri doktoru, dosent Güntəkin Nəcəflidir.
Kitablarda ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi çar Rusiyasının arxiv sənədləri, imperatorun göstərişləri və digər sənədlərlə təkzibedilməz şəkildə sübut edilir. Kitablara, həmçinin erməni saxtakarlığını ifşa edən sənədlər və fotomateriallar da daxil edilib. Nəşrlərdə yazılır ki, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan alban xristian məlikləri I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərinin erməni deyil, alban olduqlarını təsdiq etmişlər. Bu məktublar erməni “alimləri” tərəfindən saxtalaşdırılaraq, “Alban türkləri” - “Ağvan müsəlmanları”, “Alban Ərsak nəsli” isə “erməni rəisləri nəsli” ifadələri ilə əvəz edilib.
-
Elm və təhsil22:24Azərbaycan ədəbiyyatına ağır itki üz verdi - FOTO
-
Sosial22:00Bu rayonun bəzi kəndləri QAZSIZ QALACAQ
-
Magazin221:12Evini 108 milyona satdı - FOTO
-
MDB20:00Lukaşenko Trampın bu təklifinə “HƏ” DEDİ
-
Art19:12“Qırmızı qərənfilləri sevmirəm”
-
Dünya19:00Radarlardan itən helikopterin qalıqları tapıldı
-
Nida Xəbər 18:12Vaqif Allahverdiyevə HÖKM OXUNDU
-
Nida Xəbər 16:28“Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir”


































