Nida Xəbər
Rumıniyadakı səfirliyinmizdə Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirildi - FOTO
20 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Publika.az xəbər verir ki, ədbirdə Rumıniyada yaşayan, təhsil alan soydaşlarımız, o cümlədən Azərbaycan diasporunun nümayəndələri, Rumtniya ictimaiyyətinin təmsilçiləri, “SOCAR Romania” şirkətinin əməkdaşları yaxından iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri çıxış sözü ilə açan səfir Qüdsi Osmanov nitqində ötən əsrin 80-90-cı illərinin tarixi xronikasına toxunaraq, Azərbaycan xalqının məruz qaldığı qərəzli ayrı-seçkilik münasibətinə etiraz əlaməti olaraq öz iradəsini ortaya qoyması, törədilən bu qanlı cinayətlərə boyun əyməməsi və əsl birlik nümayiş etdirməsi nəticəsində suverenliyinə, müstəqilliyinə qovuşduğunu bildirib.
20 Yanvar həqiqətlərinin dünyaya çatdırılması yolunda Ümummilli Lider Heydər Əliyevin göstərdiyi xidmətlərdən danışan səfir 44 günlük Vətən müharibəsində xalqımızın Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı qələbənin sarsılmaz iradəmizin nəticəsi olduğunu vurğulnıb.
Daha sonra tədbir iştirakçıları üçün Qanlı Yanvar hadisələrinə həsr edilmiş sənədli film nümayiş olunmuşdur. Diplomatik nümayəndəlikdə Qanlı Yanvar faciəsinə həsr olunmuş fotosərgi və qonaqlar üçün ehsan süfrəsi təşkil edilib.
20 Yanvar hadisələri ilə əlaqədar Rumıniyanın Milli İnformasiya Agentliyi “Agerpres”də rumın dilində geniş məqalə dərc olunub.
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək








.jpg)





























