Nida Xəbər
Onlarla əməkdaşlığı dayandırmışıq, tənqidə reaksiya vermirik - Prezident Davosda elan etdi
Azərbaycan artıq Avropa Parlamentinin tənqidinə reaksiya vermir.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, əvvəllər reaksiya verilirdi:
"Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik".
İlham Əliyev vurğulayıb ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, Azərbaycanı heç vaxt etmədiyində, o cümlədən Ermənistana qarşı "təcavüzkar mövqedə" olmağında ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır:
"Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər".
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək








.jpg)





























