Nida Xəbər
Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin sabiq müşaviri Şahin İbadov daha bir şirkət təsis edərək biznesinin əhatə dairəsini genişləndirib.
Publika.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, onun rəhbərlik etdiyi "Kliniken Allianz” şirkəti bir müddət əvvəl dövlət qeydiyyatına alınıb.
Ş.İbadovun qanuni təmsilçiliyi ilə təsis edilmiş yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 46B-dir. Bu ünvanda həmçinin Ş.İbadova məxsus "Siracoglu” MMC-nin tərkibində olan "BİÇER Luxury İnteriors” mağazası fəaliyyət göstərir. Mağazada Türkiyənin lüks brendlərindən olan mebellər satılır.
"Siracoglu” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, hüquqi ünvanı Fatmayı qəsəbəsində yerləşir. Şirkətin qanuni təmsilçisi isə Ş.İbadovun oğlu Namiq İbadzadədir
Qeyd edək ki, Ş.İbadov həm də hazırda ləğv prosesində olan Bakı Tikinti Konstruksiya Qapalı Səhmdar Cəmiyyətinin (QSC) faktiki sahibidir və şirkətin 98,66 faiz səhmləri ona və ailəsinə məxsusdur. 2018-ci ildə dövlət qeydiyyatına alınan "Trans Tikinti” MMC-nin hazırda rəsmi olaraq qanuni təmsilçisi Ş.İbadovun oğlu Namiq İbadzadədir. N.İbadzadə bu şirkətin 100 faizlik səhmlərinə sahibdir.
Ş.İbadov həm də 2018-ci ildə dövlət qeydiyyatına alınmış "Sirac 2017” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. Bu kommersiya təşkilatının hüquqi ünvanı isə Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi ev 2, mənzil 76-da yerləşir.
Xatırlıadaq ki, İbadov Şahin Siracoğlu uzun illər AAYDA-da yüksək vəzifələrdə çalışıb. O, əvvəllər Şəki və Oğuz Yol Tikinti İstismarı İdarəsinin rəisi, Bakı 4 saylı Yol Tikinti İdarəsinin rəisi, "AzərAvtoyol Təchizat İdarəsi”nin rəisi, "Azəravtoyol” sədrinin məsləhətçisi, AAYDA-nın Nəqliyyat Departamentinin rəisi və sonuncu dəfə isə AAYDA sədri Saleh Məmmədovun müşaviri vəzifəsində çalışıb. 2023-cü ilin yanvarında isə onun vəzifədən azad edildiyi barədə məlumatlar dərc olunub.
-
Hadisə00:30Polkovnik Ramaldanovun AİLƏSİNDƏ FACİƏ - 2 qohumu həlak oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz görüşlər gündəminizi dəyişə bilər
-
Avropa14 Dekabr 22:48Fiko Ukraynanı qara dəliklə müqayisə etdi
-
Əmlak14 Dekabr 22:36Bakının məşhur universitetində SÖKÜNTÜ BAŞLAYIR
-
İdman14 Dekabr 22:00“Qarabağ”ın prezidenti Əkbərə klubun formasını təqdim etdi - VİDEO
-
Yaxın Şərq14 Dekabr 21:36Suriyada İŞİD-ə qarşı əməliyyat başladı
-
Sosial14 Dekabr 21:12Bakıda bəylə gəlin toyu RİNQƏ ÇEVİRDİ - VİDEO
-
İdman14 Dekabr 20:12Nəriman Axundzadə tənqidlərdən sonra QOL VURDU - VİDEO





















.jpg)















