Dünya
Qəddafinin qızı bir il əvvəl İrana xəbərdarlıq etmişdi: Atam da Qərbə inandı, sonu...
İranda hökumət əleyhinə etirazlar fonunda devrilmiş Liviya lideri Müəmmər Qəddafinin qızı Aişə Qəddafinin ötən il İran xalqına verdiyi xəbərdarlıq yenidən gündəmə gəlib.
Publika.az xəbər verir ki, Aişə Qəddafi sosial media vasitəsilə İran xalqına müraciət etmişdi.
O, müraciətində İranın hazırkı vəziyyətini Liviyanın keçmişdə yaşadığı proseslə müqayisə edərək, Tehran administrasiyasına Qərb güclərinin vədlərinə etibar etməmək üçün sərt xəbərdarlıq edib.
Qəddafi Qərbin diplomatik təşəbbüslərinə etibar etməyin nəticələrinin şəxsən şahidi olduğunu, atasının Liviyanın nüvə və raket proqramlarından imtina etməyə necə inandırıldığını xatırladıb. Onun sözlərinə görə, bu silahlar onun ölkəsini məhv edən NATO müdaxiləsinə qarşı bir maneə ola bilərdi.
"Bu insanlar atama "Əgər nüvə və raket proqramlarınızdan imtina etsəniz, dünyanın qapıları sizə açılacaq" deyən eyni insanlardır. NATO-nun bombardmanlarının Liviyanı necə xarabalığa çevirdiyini, xalqımızı köləliyə, yoxsulluğa və köçkünlüyə sürüklədiyinin şahidi olduq" - deyə o qeyd edib.
Qəddafi İranın sanksiyalara və media hücumlarına qarşı mövqeyini tərifləyərək, müdafiə qabiliyyətinə sahib olmağın təcavüz deyil, yaşamaq məsələsi olduğunu vurğulayıb: "Kompromis yalnız məhv və bölünmə gətirəcək. Mən ölkəsinin açıq düşmənlərinin deyil, Qərbin aldadıcı təbəssümlərinin və yalan vədlərinin əlində ölümünün şahidi olan bir qadının səsiyəm. Xəbərdarlıq edirəm ki, Qərb imperialistlərinin şirin sözlərinə və şüarlarına inanmayın.
Müqavimətiniz, qürurunuz, sanksiyalara, mediaya və iqtisadi təcavüzə qarşı qətiyyətiniz millətinizin şərəfinin əlamətidir. Güzəşt yolu ilə dağıntı və bədbəxtlikdən başqa heç nə qazanılmır. Biz gördük ki, Kuba, Venesuela, Şimali Koreya və Fələstin kimi müqavimət göstərən xalqlar kütlələrin qəlbində yer qazanıb tarixə şərəflə yazıldılar. Biz gördük ki, əyilənlər küllər içində necə itdilər".
Roza
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI































