Nida Xəbər
Biz Türkiyə mediasından bunu gözləmirdik! - RƏSMİLƏR NİYƏ SUSUR?

Son günlər İsrail-İran arasındakı qarşıdurma bütün dünya mediasının diqqət mərkəzindədir.
Türkiyə mediası da bu münaqişə ətrafında geniş müzakirələr aparır.
Lakin təəssüflə qeyd etməliyik ki, qardaş Türkiyənin bəzi media qurumları bu müzakirələrdə Azərbaycana qarşı açıq-aşkar propaqanda həyata keçirir və yalan məlumatlar yayır.
Əvvəla onu xüsusi olaraq qeyd edək ki, Azərbaycan mediasında Türkiyəyə qarşı hər hansı bir neqativ informasiya yayılanda qardaş ölkə buna çox həssas yanaşır və bu məlumatları inkar edərək dezinformasiya adlandırır, qarşısının alınması üçün tələblər irəli sürür.
Hətta qardaş Türkiyə təmsil olunduğu ölkələrdə dezinformasiyalarla mübarizə aparmaq üçün səfirlikləri və diplomatları da səfərbər edib. Əgər Türkiyə barədə hər hansı yanlış və ya dezinformasiya xarakterli məlumat yayılırsa, bu ölkənin Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi təkzib verir və həmin məlumatın digər ölkə medialarında yayılması da təşkil olunur. Məsələn, Kürecik radar bazasından İsrailə məlumat ötürülməsi barədə iddiaların təkzibini Azərbaycan mediası da sevə-sevə yaydı.
Təəssüflə qeyd etməliyik ki, biz bu dəstəyi və aktivliyi qardaş ölkədən görmürük. İstər İsrail-Fələstin münaqişəsi zamanı, istərsə də İsrail-İran toqquşmasında Türkiyə mediasında Azərbaycan-İsrail münasibətləri fonunda yalan və böhtan xarakterli informasiyalar yayılmaqdadır. Lakin nədənsə qardaş Türkiyənin aidiyyəti qurumları bu məsələdə həssaslıq nümayiş etdirmirlər və yayılan dezinformasiyaların qarşısının alınması üçün heç bir əməli tədbir görmürlər.
Son günlər qardaş Türkiyə mediasına nəzər saldıqda görürük ki, sanki erməni telegram kanallarla birləşib İsrail mövzusunda Azəbaycana qarşı qərəzli məlumatlar yayırlar. Təbii ki, qardaş ölkənin mediasında yayılan bu dezinformasiyalardan ən çox istifadə edənlər ermənilərdir. Onlar yaranmış vəziyyətdən öz mənafeləri üçün yararlanırlar. Belə ki, ermənilərə məxsus “Baqramyan 26” teleqram kanalı artıq nəyinki Türkiyə mediasının, hətta televiziyalarının da Azərbaycan haqqında tənqidlər səsləndirdiyini tirajlayır.
Bunun səbəbləri bizə məlum deyil, amma Azərbaycanda, ölkəmizin media məkanında Türkiyə haqqında hər hansı neqativ məlumat və materialın yayılmasını təsəvvür edə bilmədiyimiz halda, qardaş ölkənin mediasında anti-Azərbaycan əhval-ruhiyyəsinin mövcudluğu və rəsmi dairələrin buna susqunluğu düşündürücüdür...

-
Rəsmi xronika20:20
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ
-
Rəsmi xronika19:55
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
-
Rəsmi xronika19:45
Prezident süni intellektdən istifadə edir? - ÖZÜ DANIŞDI
-
Cənubi Qafqaz19:00
Paşinyan Pezeşkianı Ermənistana dəvət etdi, Azərbaycanla...
-
Nida Xəbər 18:12
“Heydər Əliyev bu günü görsəydi, oğluna nə deyərdi?” sualına Prezidentdən CAVAB
-
Hadisə16:30
Azərbaycanda ata 22 yaşlı qızını döyərək öldürdü
-
Dünya15:50
Rusiya şokda: Makron cəsarətlənib, görün nə etdi
-
Sosial15:15
Prezident III Şuşa Qlobal Media Forumunda çıxış edəcək