Nida Xəbər
Müsəlman dövlətləri Pakistanın nüvə arsenalının gücləndirilməsinə kömək etməlidir - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Publika.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, Ərdoğanın Trampla görüşü barədə fikirlərinizi bilmək istərdik...
- Tramp hakimiyyətə gələndə demişdim ki, bölgəmizdə siyasi proseslərə yön verəcək 4 ciddi lider olacaq. Tramp, İlham Əliyev, Ərdoğan və Putin. Tramp İlham Əliyev və Putinlə görüşüb, indi Ərdoğanla görüşür. Hər bir halda görüşün faydalı olacağına inanıram. Türkiyə öz nüvə silahına sahib olana qədər, Ərdoğan Pakistanın nüvə silahının (ən azı 50 nüvə başlığının) Türkiyədə yerləşdirilməsinə çalışmalıdır. Bunun üçün o ABŞ-nin razılığını almalıdır. Müsəlman dövlətləri Pakistanın nüvə təhlükəsizliyi çətirinin altına girmək üçün onun nüvə arsenalının gücləndirilməsinə kömək etməlidirlər.
- Dövlət Baxçalının, “Türkiyə Rusiya və Çinlə müttəfiq olmalıdır”, - çağırışını necə dəyərləndirirsiniz?
- Siyasi partiyaların öz ölkələrinin gələcəyi ilə bağlı fikirlər səsləndirmək haqqı var. Amma düşünürəm, o bunu Ərdoğanın ABŞ-yə səfəri zamanı qəsdən səsləndirib, ABŞ-ni danışıqlarda daha konstruktiv etmək üçün. Baxçalı da bilir ki, Türkiyəni heç vaxt Avropa İttifaqına qəbul etməyəcəklər. Ona görə türk dövlətlərinin, İranın və Rusiyanın iştirakı ilə Avrasiya məkanında Avropa İttifaqı modelində yeni bir ittifaq qurulsa, bu, bölgədə davamlı sülhə, təhlükəsizliyə və firəvanlığa gətirər. Avropa İttifaqı ilə Çin arasında yeni bir siyasi-iqtisadi güc formalaşar. Bu barədə əvvəllər çox danışmışam.
- Hazırda Fələstin dövlətini tanıyan ölkələrin sayı artmaqdadır. Azərbaycan da bu prosesdə ilk ölkələr sırasına qoşula bilərmi?
- Buna qətiyyən ehtiyac yoxdur. Biz, ərəb və yəhudu xaqlarının sülh içərisində yaşamaları üçün beynəlxalq ictimaiyyətlə, islam ölkələri ilə birlikdə çalışmalıyıq ki, Fələstinin dövlət kimi tanınmasının zəruriliyinə İsraili inandıraq və İsraillə birlikdə, eyni vaxtda Fələstin dövlətini tanıyaq.

-
İqtisadi gündəm11:27
2600 manat müavinət kimlərə ödəniləcək?
-
Dünya09:54
İngiltərədən Rusiya və Çinə gözlənilməz hədiyyə: Sensasion hesabat
-
Sosial09:36
Bakıya giriş pullu olacaq - Bu tarixdən etibarən....
-
Rəsmi xronika09:27
İlham Əliyev forum iştirakçılarına müraciət etdi
-
Dünya09:18
Həsən Mutludan İmamoğlu haqqında şok etiraf: Görün necə bir şəbəkə qurubmuş
-
Hadisə08:48
Bakıda yaşayış binasında yanğın baş verdi - VİDEO/YENİLƏNDİ
-
Dünya08:36
İki Koreya niyə birləşmir? - KXDR lideri səbəbini AÇIQLADI
-
Region08:00
Türkiyədə 21 yaşlı qızın bədənindən 287 daş çıxarıldı - FOTO