Nida Xəbər
Ramiz Hüseynzadə ölümündən 7 gün öncə Fərdaya nə demişdi? - VİDEO

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı aktyor Ramiz Hüseynzadəyə həsr olunub.
Publika.az xəbər verir ki, verilişdə aktyorun dostları onunla bağlı xatirələrini bölüşüblər.
"Ramiz həmişə pozitiv idi. Heç vaxt probleminin olduğunu hiss etdirməzdi. Onun kimi insanlara həmişə qibtə etmişəm. Ölümündən 7-8 gün əvvəl mənə zəng edib yeni kafesinin açılışına dəvət etdi. Ona "gəlməyəcəyəm" dedim. Amma zəngdən sonra ortaq dostlarımıza yığaraq açılışa getməli olduğumuzu söylədim. Həmin gün mən açılışa getdim, amma digərləri gəlmədilər", - aktyor Fərda Xudaverdiyev söyləyib.
Sənətçi əlavə edib ki, Ramiz Hüseynzadənin cənazəsində diqqət çəkməyə çalışan insanlardan heç biri ona özü qədər yaxın olmayıb: "Kaş indi Ramizi danışdıra bilsəydik. Bu mümkün olsaydı, yanında, həqiqətən, kimin olub-olmadığını deyərdi".
Rejissor İlham Yaşaroğlu isə Ramiz Hüseynzadə ilə bağlı peşmanlığından danışıb:
"Onun ölümünə inana bilməmişdim. Bu xəbəri mənə aktyor Məcid Hüseynov verdi. Əvvəlcə bunun bir zarafat olduğunu düşündüm. Həqiqət olduğunu öyrənəndə isə Ramizin kafesinin açılışına getmədiyim üçün peşmanlıq hissi keçirdim".

-
Nida Xəbər 01:41
Ramiz Hüseynzadə ölümündən 7 gün öncə Fərdaya nə demişdi? - VİDEO
-
ABŞ01:30
Tramp və Ərdoğan razılığa gəldilər: "Boeing" təyyarələri...
-
Qoroskop00:15
Günün ULDUZ FALI: - Tələskənlik konfliktlərə səbəb ola bilər
-
Magazin100:00
Azərbaycanlı müğənni qəzaya düşdü - FOTO
-
Hadisə25 Sentyabr 23:00
İmişlidə toyda zəhərlənənlərin sayı artdı - YENİLƏNDİ
-
Nida Xəbər 25 Sentyabr 22:30
İlham İsmayıl saxlanıldı
-
İdman25 Sentyabr 22:20
Bu da dünya çempionatının maskotları - FOTO/VİDEO
-
Rəsmi xronika25 Sentyabr 21:30
Prezidentdən Xəzərlə bağlı mühüm mesaj - “Vəziyyət pisdir”