Trampdan Ərdoğana BÖYÜK JEST - Əyləşməsi üçün stulu çəkdi / FOTO
Bizi izləyin

ABŞ

Trampdan Ərdoğana BÖYÜK JEST - Əyləşməsi üçün stulu çəkdi / FOTO

"Anadolu" agentliyinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Trampın Ağ Evdəki görüşündən paylaşdığı fotolar arasında iki görüntü xüsusi diqqət çəkib.

Publika.az xəbər verir ki, Ərdoğan, Ağ Evdə ABŞ Prezidenti Donald Tramp tərəfindən rəsmi mərasimlə qarşılanıb. Xüsusi avtomobildən enərkən Trampla görüşərək jurnalistləri salamlayan Ərdoğan daha sonra Trampla birlikdə içəri keçib.

Ərdoğan və ABŞ Prezidenti Tramp təkbətək görüşlərini keçirmək üçün Oval Ofisə yollanıblar. Ərdoğan burada Ağ Ev Xatirə Dəftərini imzalayıb.

Anadolu Agentliyi, Ərdoğanın Xatirə Dəftərini imzaladığı görüntülər arasında Trampın onun əyləşəcəyi stulu çəkdiyi fotonu da yayımlayıb.

Xatırladaq ki, Ərdoğan 6 ildən sonra ilk dəfə Ağ Evə səfər edib. Bu səfər, Trampın 20 yanvarda and içərək vəzifəyə başlamasından 8 ay sonra baş tutub. Ərdoğan, əvvəlki ABŞ Prezidenti Co Bayden dövründə Ağ Evə heç bir səfər etməyib. İki lider Trampın ilk prezidentlik dövründə – 2017 və 2019-cu illərdə Ağ Evdə iki dəfə görüşmüşüblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm