Prezidentin açılışda əlindən tutduğu uşaq Nilay imiş - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Prezidentin açılışda əlindən tutduğu uşaq Nilay imiş - FOTOLAR

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.

Publika.az xəbər verir ki, açılışla bağlı yayılan görüntülərdə Prezident balaca qızın əlindən tutaraq fotolar da çəkdirib.

Məlum olub ki, həmin balaca atası, anası və nənəsi ermənilər tərəfindən Gəncəyə atılan raket zərbəsi nəticəsində şəhid olmuş Nilaydır.

Xatırladaq ki, Nilayın valideynləri – atası Adil Əliyev, anası Günay Əliyeva və nənəsi Afaq Əliyeva oktyabrın 11-də Ermənistan Gəncəni raket atəşinə tutması nəticəsində dağıntılar altında qalaraq həlak olublar. Balaca qızcığaz isə möcüzə nəticəsində dağıntılar altından sağ çıxarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm