Nida Xəbər
Məşhur general təqaüdə göndərildi

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov təqaüdə göndərilib.
Publika.az yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, H.Aslanov xidmətdə olmanın son yaş həddi ilə bağlı vəzifəsindən azad olunub və təqaüdə göndərilib.
Qeyd edək ki, sentyabrın 17-də onun 60 yaşı tamam olub.
Xatırladaq ki, Həzi Aslanov 1965-ci il sentyabrın 17-də Bakı şəhərində anadan olub. 1986-1988-ci illərdə SSRİ Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçib. 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
General-mayor H.Aslanov 1989-cu ildən daxili işlər orqanlarında xidmət edir. 1993-2003-cü illərdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, 2003-2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi və 2005-ci ilin sentyabr ayından DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.
2019-cu il noyabr ayında DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin olunmuşdu.
Prezident İlham Əliyevin 30 iyun 2006-cı il tarixli sərəncam ilə Həzi Aslanova polis general-mayoru rütbəsi verilib.
Dövlət başçısının 1 iyun 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni və 29 iyun 2018-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
O, məşhur Sovet İttifaqı qəhrəmanı, general-mayor Həzi Aslanovun nəvəsidir.
-
Maraq dünyası15:53
Məşhur milyarder neçə övladı olduğunu bilmir: 15 il əvvəl bir dostu arvadı ilə...
-
Sosial14:56
Qiyməti artan, xidmət keyfiyyəti "yüksələn" marşrut: Rahatlıq yoxdur - VİDEO
-
Sosial14:37
Bu gün açılışı olan universitetdən - FOTOLAR
-
İdman13:42
Haaland sevgilisi ilə belə tanış olub: Mən onu yox, o məni "bişirdi" - FOTOLAR
-
Sosial12:48
Sərnişinlərin nəzərinə: Avtobusda ödəniş edərkən buna diqqət yetirin - FOTO
-
Sosial11:08
Noyabrda ardıcıl 4 gün iş olmayacaq - VİDEO
-
Dünya10:32
NASA Ayda kənd salır: Kimlər yaşayacaq?
-
Sosial09:38
Qəzalı vəziyyətdə olan 13 bina sökülür: 1 300 ailəyə yeni evlər veriləcək