Nida Xəbər
MEDİA və Mətbuat Şurası həlak olan türkiyəli jurnalistlə bağlı başsağlığı verdi
Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası Qəzza zolağında Türkiyənin TRT telekanalının əməkdaşı Yəhya Bərzakın həlak olması ilə bağlı başsağlığı yayıblar.
Publika.az xəbər verir ki, MEDİA-nın "X" hesabındakı paylaşımında qeyd edilib ki, agentlik Qəzzada peşə borcunu yerinə yetirərkən həyatını itirən jurnalist Yahia Barzaqın həlak olması ilə bağlı Türkiyə ictimaiyyətinə, TRT ailəsinə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Mətbuat Şurasının yaydığı məlumatda isə bunlar qeyd edilib:
"Qəzza zolağında Türkiyənin TRT telekanalının əməkdaşı Yəhya Bərzakın həlak olması böyük faciədir. Hadisə jurnalistikanın təhlükəli peşə reallığını bir daha sübuta yetirir, zaman-zaman müzakirəsi aparılan media və ekstremal şəraitlər mövzusunu ön plana çıxarır.
Müharibə və münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin üzləşdikləri faciələr, eyni zamanda, söz və ifadə azadlıqlarına, informasiya almaq hüququna zidd təmayül kimi meydana çıxır. Təəssüf ki, beynəlxalq aləm bu cür mənfi təmayüllərin qarşısında acizdir. Y.Bərzak da məhz həmin acizliyin növbəti qurbanıdır. Müasir müstəqilliyi dövründə iki müharibə görmüş Azərbaycan jurnalistikasının da onun kimi qurbanları olub.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Y.Bərzakın Qəzzada həyatını itirməsindən dərin kədər hislərini ifadə edərkən, dünyanın müharibələrdən, münaqişələrdən və onların doğurduğu jurnalist ölümlərindən də uzaq məkana çevrilməsini arzulayır, TRT telekanalının timsalında bütövlükdə qardaş ölkə mediasına başsağlığı verir, mərhumun həmkarlarının və yaxınlarının üzüntülərini bölüşür, onlara səbr və dözüm diləyirlər".
-
Region08:12Türkiyədə zəlzələ oldu
-
Magazin207:47Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı
-
İdman07:30“Qalatasaray” onun transferi üçün yenidən hərəkətə keçir
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
ABŞ05:45"SpaceX" mümkünsüzü bacardı - "Starship" xüsusi platforma vasitəsi ilə tutuldu
-
Region04:14Türkiyədə ailələr arasında silahlı toqquşma - Çox sayda yaralı var
-
Region01:11Fulya Öztürk Leyla Əliyeva ilə bir arada - VİDEO
-
Magazin200:30Türk aparıcı 11 saat qaranlıq qutuda qaldı





















.png)













