Bu universitet Trampa yarım milyard ödəyəcək: Razılaşma
Bizi izləyin

ABŞ

Bu universitet Trampa yarım milyard ödəyəcək: Razılaşma

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı bildirib ki, onun administrasiyası Harvard Universiteti ilə 500 milyon dollarlıq maliyyə razılaşması əldə etməyə yaxındır.

Publika.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

"Onlar təxminən 500 milyon dollar ödəyəcək və peşə məktəblərini idarə edəcəklər. Onlar insanlara süni intellektlə və bir çox başqa şeylərlə qarşılıqlı əlaqə qurmağı öyrədəcəklər", - deyən prezident ölkənin peşə məktəblərində kadrlara ehtiyacı olduğunu vurğulayıb.

Xatırladaq ki, "Harvard" və Ağ Ev arasında münaqişə universitetin israilli tələbələrə ayrı-seçkiliyilə alovlanıb. ABŞ-ın ən məşhur universitetini antisemitizmdə ittiham edən Donald Tramp onu hökumətin maliyyələşdirməsində ən böyük paydan məhrum edib və xarici tələbələrin qəbulunu qadağan edib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm