Əfqanıstanda internet buna görə kəsilib: “Taliban” açıqladı
Bizi izləyin

Dünya

Əfqanıstanda internet buna görə kəsilib: “Taliban” açıqladı

“Taliban” hökuməti Əfqanıstanda ümummilli internet qadağası ilə bağlı xəbərləri təkzib edib.

Publika.az xəbər verir ki, “Taliban” bildirib ki, köhnə fiber optik kabellər köhnəldiyi üçün dəyişdirilib və internetin kəsilməsi də bununla bağlıdır.

Bu barədə “Associated Press” məlumat yayıb.

Bəyanat, internetin kəsilməsi ilə bank, ticarət və aviasiyanın işinin pozulmasından sonra ilk ictimai etirafıdır.

“Taliban” rəsmiləri pakistanlı jurnalistlərlə söhbətdə deyiblər: “Bizim internetə qadağa qoyduğumuz barədə yayılan şayiələrin heç bir əsası yoxdur”.

Ötən ay “Taliban” lideri Hibatullah Axundzadənin əxlaqsızlıqla mübarizə fərmanından sonra bir neçə əyalətdə internetin kəsilməsi təsdiqlənib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm