Rama Trampın çaşmasına zarafatla belə reaksiya verdi: İlham Əliyevlə məni... - VİDEO
Bizi izləyin

Nida Xəbər

Rama Trampın çaşmasına zarafatla belə reaksiya verdi: İlham Əliyevlə məni... - VİDEO

Albaniyanın Baş naziri Edi Rama Fransa prezidenti Emmanuel Makronla görüş zamanı ABŞ prezidenti Donald Trampın səhvini zarafatla xatırladıb.

Publika.az xəbər verir ki, Tramp Azərbaycan və Ermənistan arasında sülh barədə danışarkən səhvən “Albaniya və Azərbaycan” ifadəsini işlədib.

Baş nazir bu hadisəyə münasibət olaraq Makronla zarafatlaşaraq deyib: “Siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz”.

Həmin vaxt Azərbaycan Prezidenti İlham Əliyev də orada olub və hər üç lider bu anı gülərək qarşılayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm