İdman
"Qarabağ" yenə tarix yazdı: "Kopenhagen"i də məğlub etdi - YENİLƏNDİ
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyunu başa çatıb.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 28-ci dəqiqədə Abdullah Zubir və 83-cü dəqiqədə Emmanuel Addai vurublar.
Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edib.
Hazırda aktivində 6 xal olan Azərbaycan çempionu dördüncü pillədə qərarlaşıb.
Komanda I turda Portuqaliyada "Benfika"nı məğlub edib - 3:2.
Qurban Qurbanovun kollektivi növbəti görüşünü oktyabrın 22-də İspaniyada "Atletik"ə (Bilbao) qarşı keçirəcək.
***
Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda növbəti qol vurulub.
Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
83-cü dəqiqədə Emmanuel Addai qola imza atıb.
***
Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ikinci hissə başlayıb.
Publika.az bildirir ki, Azərbaycan təmsilçisi hesabda öndədir - 1:0.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyununda ilk hissə başa çatıb.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın fasiləsinə Ağdam təmsilçisi 1:0 hesablı üstünlüklə yollanıb
***
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Qarabağ” - “Kopenhagen” oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, qolu 28-ci dəqiqədə Abdullah Zubir vurub.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyunu başlayıb.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma saat 20:45-də start götürüb .
Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edir.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda üz-üzə gələcək "Qarabağ" və Danimarkanın "Kopenhagen" kollektivlərinin start heyətləri bəlli olub.
Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"də çıxacaqlar.
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Kadi Borges, Aleksey Kaşuk, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina
"Kopenhagen": Dominik Kotarski, Qabriel Perreyra, Pantelis Hatzidiakos, Yussuf Mukoko, Mohamed Elyunussi, Cordan Larsson, Lukas Lerager, Rodriqo Heskas, Markos Lopes, Roberto, Tomas Dileyni.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" matçı bu gün, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
-
Hadisə17:50Göygöldə bəyin atası toy zamanı öldü
-
MDB17:10İrəvandan Kremlə xəbərdarlıq: Ermənistan KTMT və Aİİ-dən bu halda çıxacaq
-
MDB16:20Paşinyan Baş nazir postuna namizəd seçildi
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
Sosial14:16Azərbaycanda bu evlər risk altındadır: Səbəb bəllidir
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir




































