İdman
"Kopenhagen"in Bakıda zədələnən futbolçusunun durumu ciddidir? - Dünya çempionatını buraxa bilər

UEFA Çempionlar Liqasının 2-ci turunun “Qarabağ”la oyununda zədələnən “Kopenhagen”in futbolçusu Rodriqo Ueska dünya çempionatını buraxa bilər.
Publika.az xəbər verir ki, bu barədə Danimarka təmsilçisinin baş məşqçisi Yakob Neestrup məlumat verib.
O, matçın 15-ci dəqiqəsində əvəzlənən meksikalı müdafiəçinin zədəsinin ciddi olduğunu söyləyib. Baş məşqçinin fikrincə, 22 yaşlı oyunçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək:
“Təəssüf ki, bu, uzunmüddətli zədə kimi görünür. Əgər qorxduğumuz kimidirsə, mənim üçün çox üzücü olacaq. Ueska əla mövsüm keçirir və gələn il Meksika yığmasının heyətində dünya çempionatında oynamağı səbirsizliklə gözləyir. İndi isə görək müayinələr nə göstərəcək”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda “Qarabağ” 2:0 hesablı qələbə qazanıb.
Heybət
-
Nida Xəbər 15:24
Azərbaycanla sülh: Ermənistan parlamenti layihəni qəbul etdi
-
Nida Xəbər 15:00
İlham Əliyev Ciorcia Meloni ilə görüşdü
-
İdman13:49
"Fənərbağça"nın oyunu bu kanalda - TV AFİŞA
-
Köşə13:00
122 minlik qızılın altında əzilən sənət: Kimdir müqəssir?
-
İdman12:53
Elvin Silvanın haqqına girib? - Bir-birimizin gözünün içinə baxırdıq...
-
Rəsmi xronika12:37
İlham Əliyev Kopenhagendə açılış mərasimində iştirak etdi - YENİLƏNDİ
-
Region10:30
Paşinyanı devirmək üçün İrəvana gələn minlərlə “Vaqner”çi: Araşdırma davam edir
-
İdman10:12
Anri yenə "Qarabağ"dan danışdı: Bu komandanı dayandırmaq üçün...