Nida Xəbər
Əliyev-Putin görüşünə Kremldən reaksiya gəldi: Bu məsələlər müzakirə olunacaq
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin oktyabrın 9-da Düşənbədə görüşmək barədə razılığa gəliblər.
Publika.az "RİA Novosti"yə xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, liderlər oktyabrın 7-də telefon danışığı zamanı görüşə razılaşıblar. Peskov əlavə edib ki, Kreml bu hadisə ilə bağlı nikbindir və prezidentlərin “mövcud problemli məsələləri müzakirə edəcəklərinə” ümid edir.
Qeyd edək ki, Putin Tacikistana gəlib. O, Rusiya-Mərkəzi Asiya sammitində və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Putini ad günü münasibətilə təbrik edib. Siyasətçilərin danışıqlarını şərh edən Rusiya liderinin mətbuat katibi vurğulayıb ki, “bu, çox vacibdir”.
Adəm
-
Digər09:30Daşqın və sürüşmə 900 can aldı
-
MDB09:20Kiçik uşaqları olanlara sosial güzəştlər olacaq: Qanun layihəsi təqdim olundu
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı
-
ABŞ08:12Pentaqondan NÜVƏ XƏBƏRDARLIĞI - “Trampın rəhbərliyi altında...”
-
Magazin106:16Murad Dadaşov oğluna toy etdi - VİDEO
-
İdman01:11Tofiq Musayevə yüksək VƏZİFƏ VERİLDİ
-
Sosial00:30Bir ailənin fəryadı: Gəncin ölümünə ambulans səbəb olub? - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgidə emosional yaxınlıq yaşana bilər

































.jpg)


