Rəsmi xronika
İlham Əliyev fərman imzaladı
Prezident İlham Əliyev 3 may 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edib.
Publika.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, inzibati xətalar üzrə protokol tərtib etmək səlahiyyəti olan yeni vəzifəli şəxslər müəyyənləşib. Bunlar, elektrik közərmə lampalarının idxalına münasibətdə Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri, həmin lampaların istehsalına münasibətdə Energetika Nazirliyinin vəzifəli şəxsləri – energetika naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyətinin sədri, onun müavinləri, departament direktoru, onun müavini, şöbə müdiri, sektor müdiri, baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis, filial rəhbəri, onun müavini, baş müfəttiş, böyük müfəttiş, aparıcı müfəttiş, müfəttiş, həmin lampaların satışına münasibətdə inzibati xətanı aşkar etmiş Energetika Nazirliyinin vəzifəli şəxsləri, Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri, onun müavinləri, Aparat rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, regional bölmənin rəhbəri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçidir.
Fərman 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il iyulun 1-dən qüvvəyə minir.
-
Sosial09:40Bakıda qız-gəlinləri oynadan dondurmaçı - Rəzalət, yoxsa əyləncə?
-
Hadisə09:20Barselona metrosunda yanğın: Xəsarət alanlar var - Video
-
Dünya09:00Dünya müharibəsi başlayır? - İkinci addım da atıldı, bundan sonra...
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi

















.jpg)

.jpg)
.jpg)






.webp)








